Yuxarı

Bakıda həkimlər gənc ananı 2 ardıcıl əməliyyatla şikəst etdi - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamiləlik boyu normal göstəricilər olsa da, doğuş vaxtı həkimlər gənc qadını qeysəriyyə əməliyyatına alıb.

Xəzər xəbər məlumat verir ki, Respublika Kliniki Xəstəxanasında baş verən hadisələr elə qeysəriyyə əməliyyatından sonra yaranıb. Evə buraxılandan sonra üstü qızarmağa başlayan yara partlayıb.

Təkrar xəstəxanaya qaytarılan 24 yaşlı ana yenidən əməliyyat olunub və uşaqlığı tamamilə götürülüb. Başqa sözlə, qadın bir daha ana ola bilməyəcək.

Problemlər bununla da yekunlaşmayıb. 2-ci əməliyyatdan sonra hərtərəfli müayinə olunan və səhhətində heç bir problem olmadığı deyilən gənc ananın evə gələndən sonra öd kisəsi fəaliyyətini dayandırıb və kəskin ağrılarla yenidən xəstəxanaya aparılıb.

Bu xəstəxanaya etibarı qalmayan ailə qızlarını başqa birində müayinə etdirib və onda Hepatit C virusu da aşkarlanıb. Baxmayaraq ki, indiyədək heç bir simptomu müşahidə olunmayıb. Qadının anası virusun qeysəriyyə əməliyyatında yoluxduğunu deyir. Bir sözlə, gənc qadın körpəsinin sevincini yaşamadan şam kimi əriyir.

Məsələ ilə bağlı qalmaqalın mərkəzindəki həkim Pərvanə Hüseynova ilə əlaqə saxladıq. O, normal doğuş göstərişinə baxmayaraq, qeysəriyyə əməliyyatı etməsini əsaslandırmağa çalışdı.

Ginekoloq Pərvanə Hüseynova evə buraxılandan sonra yaranın partlamasını da gənc qadının nadir xəstəliyi ilə əlaqələndirdi.

Həkim xəstənin içində nəsə qalması və əməliyyatdan Hepatitin yoluxması iddialarını isə qəbul etmir. Onun sözlərinə görə, qadının öd kisəsində daşın olduğu əvvəldən məlum idi və sonradan sancılar verməsinin qeysəriyyə əməliyyatı ilə əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq və qeyd olundu ki, xanımın problemi ilə şəxsən maraqlanacaqlar və məsələ araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2017.02.24 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla