Yuxarı

İnsan aqressiya ilə üzləşibsə… - Psixoloq danışır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqressiya insan həyatını dağıdan qüvvədir.

Bu sözləri Axar.az-a psixoloq Könül Cəfərova aqressiya yaradan səbəblər haqda danışarkən deyib. Onun sözlərinə görə, aqressiya insanın emosional hissidir və bunu idarə etmək insanın öz əlindədir.

“Şəxsiyyətin inkişaf və yaş mərhələlərində müəyyən böhranlı dövrlər var ki, həmin dövrlərdə insanlar müəyyən ilişib qalmalar yaşayır. Həmin ilişib qalmalar zaman irəlilədikcə şəxsiyyətin sonrakı yaş dövrlərində öz fəsadlarını göstərməyə başlayır. Şüuraltı olaraq ödənilməyən təlabatların və yığılıb qalmış arzu-istəklərin fonunda insanlarda müəyyən qədər aqressiya yarana bilər.

Hazırda sosial-iqtisadi çətinlik, insanların maddi rifahının aşağı olması müəyyən qədər insan həyatının monotonlaşması, həyatda rənglərin şüuraltı olaraq yalnız ağ-qara rəngə köklənməsi də aqressiya yaradan səbəblərdəndir.

Aqressiya insanda bir çox psixoloji xəstəliklərə səbəb olur. Aqressiya nəticəsində stress yaranır, stress isə birmənalı şəkildə depressiyaya səbəb olur.

Aqressiya insan həyatını məhv edən qüvvədir. İradəsi zəif insan aqressiya ilə üzləşibsə, cinayət hadisəsi belə törədə bilər.

Aqressiyadan çıxmaq insanın öz əlindədir. İnsan həyatından zövq almağı bacarmalıdır. Çünki xöşbəxtlik çox uzaqda deyil.

Sən istəmədiyin bir mühitdə və zamanda doğula bilərsən. Bu, sənin günahın deyil. Amma sən bu dünyadan xöşbəxt olmadan köçəcəksənsə, bu sənin günahındır”, - psixoloq qeyd edib.

Tarix
2017.03.14 / 08:15
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla