Yuxarı

Göz qişalarının gətirilməsi məsələsi həllini tapır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı məsələ demək olar ki, öz həllini tapıb.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Azərbaycana gözün buynuz qişasının gətirilməsi problemlərinin həlli ilə bağlı Milli Məclisdə yaradılmış işçi qrupunun rəhbəri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, işçi qrupu öz qərarını verib: “İki qanuna dəyişiklik - "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklik olunacaq və buynuz qişa mülki dövriyyəsi qadağan olunan əşyaların siyahısından çıxarılıb, icazə verilən əşyaların siyahısına daxil olunancaq. Artıq Səhiyyə, İqtisadiyyat nazirliklərinə, Dövlət Gömrük Komitəsinə müraciət göndərmişik və hər üç dövlət qurumundan müsbət rəy alınıb”.

M.Quliyev bildirib ki, yaxın günlərdə Səhiyyə Komitəsi qərarını verib, dəyişiklikləri Milli Məclisin plenar iclasına göndərəcək. Aprel ayında dəyişikliklər qəbul oluna bilər: “Ondan sonra gözün buynuz qişasını Azərbaycana gətirib ehtiyacı olan insanlara köçürmək mümkün olacaq”.

Tarix
2017.03.15 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla