Yuxarı

Səssizlik onların dünyasıdır… - Psixoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideynlər bu mövzuda daha həssas olmalıdır.

Bunu psixoloq Elnur Rüstəmov eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, bu insanlarla ünsiyyətdə diqqətli olmaq lazımdır:

“Eşitmə və nitq məhdudiyyətli insanlar digərlərindən fərqli olaraq daha əsəbi, aqressiv və emosional olurlar. Bu cür insanların narahatlıqları, kompleksləri daha çox olur. Onlar karyera, iş tapmaq prosesində çətinlik çəkir, nəticədə özlərini cəmiyyətdən təcrid olunmuş hiss edirlər.

Eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası üçün ilk növbədə bu insanlara anlayış göstərmək lazımdır.

Xüsusən erkən yaşlarında valideynlər buna ciddi yanaşmalıdır. Bu insanlar vaxtında müayinə və müalicə olunmalıdır. Üstünə vaxtında düşülsə, müəyyən qədər nəticə əldə olunar. Məsələn, eşitmə yaxşı olarsa, nitq də yaxşı olacaq.

Eşitmə və nitq məhdudiyyətli insanlarda daha çox yalnızlıq problemi olur. Bəzən onlar yaşıdları tərəfindən yamsılanır, ələ salınırlar. Nəticədə isə bu, onların cəmiyyətdən uzaqlaşmasına səbəb olur. Bu halda onlar özlərini tək hiss edir, qapanırlar. Bununla da eşitmə və nitq qüsurlu şəxslərin təhsildən yayınması halları da tez-tez müşahidə olunur.

Xöşbəxtlik paylaşdıqca artdığı kimi, problem də danışdıqca azalır. Onların dərdinə şərik çıxmaqla, cəmiyyətə lazımlı, faydalı olduqlarını göstərmiş olarıq”.

Tarix
2017.03.16 / 00:47
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla