Yuxarı

Tümendə Naftalan nefti ilə müalicə aparacaqlar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tümen vilayətindəki Kliniki Xəstəxananın Reabilitasiya Mərkəzində Azərbaycandan gətirilən Naftalan nefti ilə müalicə prosedurlarının tətbiqinə başlanılıb.

Bu barədə TASS agentliyinə mərkəzin rəhbəri Yuliya Nikolayeva məlumat verib. O bildirib ki, Tümenin sanatoriyalarında Naftalan nefti əvvəllər də tətbiq edilirdi. İndi Azərbaycandan gətirilən müalicəvi neftdən Reabilitasiya Mərkəzində 70-dən çox xəstəliyin terapiyası üçün istifadə olunacaq. Prosedurlar dövlət hesabına, pulsuz gerçəkləşdiriləcək.

Y.Nikolayeva vurğulayıb ki, Naftalan nefti ilə sümük-əzələ xəstəlikləri müalicə olunacaq.

Tümen Kliniki Xəstəxanasının Reabilitasiya Mərkəzi müxtəlif xəstəliklərin müalicəsinin, cərrahiyyə əməliyyatlarından sonra orqanizmin bərpasının dərmansız yolla həyata keçirilməsi ilə məşğuldur. Burada 50 növdə fizioterapiya prosedurları tətbiq olunur.

Tarix
2017.03.23 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla