Yuxarı

Uşaqlar niyə qorxur? - Psixoloq məsləhəti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qorxuların əsasında ölüm qorxusu dayanır.

Bu sözləri psixoloq Narınc Rüstəmova Axar.az-a uşaqlarda yaranan qorxu hissi haqda danışarkən deyib. Onun sözlərinə görə, bu halda valideynlərin üzərinə böyük məsuliyyət düşür:

“Uşaqlarda qorxu əsasən 3-6 yaş arasında təsadüf olunur ki, bunlar təbii qorxular adlanır. Məsələn, uşaq yüksək səsdən, böyük əşyalardan, oyuncaqlardan qorxa bilər. Bu psixoloji travma deyil. Bu yaşlarda baş verən həmin qorxular normal qəbul olunur. Valideyn isə bunun davamlı olmasının qarşısının almalıdır. Məsələn, uşaq yatarkən qorxursa, ana uşağa daha qayğılı yanaşmalı, bir müddət onunla yatmalıdır. Bununla uşaqla valideyn arasındakı münasibət də güclənmiş olar.

Qorxu hissi uşağa daha çox valideynlərindən keçir. Məsələn, uşaq tək qalmaqdan, qaranlıqdan, yaxud hər hansı həşəratdan qorxursa, əvvəlcə aydınlaşdırmaq lazımdır ki, ailədə belə hal kimdə təsadüf olunur. Valideynin qorxu zamanı verdiyi reaksiyaların eynisi uşaqlarda da rast gəlinir. Amma bu o demək deyil ki, bu yalnız genetik faktordur. Heç bir qorxusu olmayan valideynlərin övladları qorxaq ola bilər.

Bəzən kiçik görünən qorxular ciddi fəsadlara səbəb olur. Bu insanda vərdiş halına çevrilir və nəticədə insan güclü psixoloji travmalar alır.

3-6 yaş arası uşaqlarda baş verən təbii qorxulardan ünsiyyət vasitəsi ilə azad olmaq olar. Amma digər pataloji qorxulardan azad olmağın başlıca üsulu isə qorxu ilə üzləşməkdir.

Bu halda uşaq öz qorxusu ilə üzləşir və onun həyəcanı pik nöqtəyə çatır. Nəticədə isə uşaq qorxulacaq bir durumun olmadığını görür. Bu proses isə mütləq psixoloqun müşahidəsi ilə baş verməlidir”.

Tarix
2017.03.25 / 09:40
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla