Yuxarı

Ayaqüstü yeməklərdan uzaq durun – Təhlükə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar vaxt və imkan azlığına görə ayaqüstü yeməklərdən istifadə edirlər.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a ayaqüstü qəbul edilən qidaların keyfiyyəti haqda danışarkən deyib. Onun sözlərinə görə, hazırda bu cür satışların həyata keçirilməsinə heç bir nəzarət yoxdur:

“Qanunsuz olmasına baxmayaraq, satıcılar antisanitar qaydada fəaliyyət göstərməkdən çəkinmirlər. Nəzərə almaq lazımdır ki, belə qidaların çoxu istifadə müddəti bitmiş məhsullardan hazırlanır. Peraşki, qutab və digər xəmir məhsullarının toz-torpaq içində hazırlanması və satılması ilk növbədə sağlamlığa ziyandır. Bu qidaların dəfələrlə eyni yağda hazırlandığını nəzərə alsaq, bunlardan istifadə daha çox mədə-bağırsaq və xərçəng xəstəliyinə səbəb olur.

Ümumiyyətlə, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ürəkaçan deyil. Qidaların nə qədər təhlükəli, zərərli qatqılardan ibarət olması haqda dəfələrlə müəyyən faktlar ortaya çıxarılsa da, heç kim buna məhəl qoymur. Sahibkarlara toxunulmazlıq statusunun verilməsi ilə rüşvət hallarının qarşısını almaq nəzərdə tutulurdu. Nəticədə isə bəzi sahibkarlar bundan sui-istifadə etdilər”.

Xatırladaq ki, Prezident İlham Əliyev Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılmasına dair fərman imzalayıb. Ölkə başçısı ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi nəzarətin və tədbirlərin görülməsini tələb edib. Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

Tarix
2017.03.28 / 01:50
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla