Yuxarı

Nazirlikdən xərçəng yaradan dolğu ilə bağlı - Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aqualift” dolğularının qadınlarda xərçəng xəstəliyinə, hətta ölümlərə səbəb olması və preparatın ölkəyə hansı yollarla gətirilməsi ilə bağlı Səhiyyə Nazirliyi araşdırma aparıb.

Səhiyyə Nazirliyinin analitik eskpertiza mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Esmira Ələkbərovanın Axar.az-ın sorğusuna göndərdiyi cavabda bildirilir ki, həmin dolğunun adı nazirliyin təsdiqlədiyi rəsmi siyahıda yoxdur:

“Sizin sorğunuz nəticəsində bütün siyahıları yoxladıq. “Aqualift” adlı preparatın adı nazirliyin heç bir siyahısında yoxdur. Yəni “Aqualift” dolğuları ölkəyə qeyri-qanuni yollarla gətirilir”.

Məsələ ilə bağlı danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Liya Bayramova isə adı çəkilən dolğunun ölkəyə qeyri-qanuni yollarla gətirildiyi üçün Səhiyyə Nazirliyinin bir şey edə bilməyəcəyini deyib:

“Qanuni yollarla gətirilən bütün dərman və kosmetik vasitələr Səhiyyə Nazirliyin ekspertizasından keçir.

Sözügedən dərman isə qeyri-qanuni yollarla gətirildiyi üçün bizim edə biləcəyimiz bir şey yoxdur. Problemi yalnız hüquq mühafizə orqanları nəzarət altına almalıdır”.

Həkim-kosmetoloq Nərgiz İsmayılova da bu dolğuların təhlükəli olduğunu, həmin preparatın hazırda Rusiya, Amerika və Almaniya kimi ölkələrdə qadağan edildiyini bildirmişdi.

Qeyd edək ki, əsasən bədən korreksiyası üçün istifadə edilən “Aqualift” dolğuları hazırda qeyri-qanuni şəkildə Çində istehsal edilir. Bu dolğular ABŞ və Avropada qadağan olunub. Azərbaycanda isə bəzi həkim-kosmetoloqlar bu dolğudan gen-bol istifadə edirlər.

Bu cür dolğulardan istifadənin süd vəzi xərçəngi, üzdə dəri xərçəngi, ayaq sümüklərində ərimə və Hepatit C kimi ağır xəstəliklərə səbəb olduğu bildirilir.

Tarix
2017.03.29 / 12:32
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla