Yuxarı

Asim Mollazadə: "Minlərlə insan səfirliyin önündə yatdı"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin büdcə müzakirəsi ilə bağlı iclasında çıxış edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə son illər ölkə ictimaiyyətini ciddi şəkildə narahat edən səhiyyə sistemindəki çatışmazlıqlardan danışdı. Millət vəkili bildirdi ki, hər il dövlət büdcəsindən səhiyyə sahəsinə yüz minlərlə manat vəsait ayrılır. Lakin yenə də insan amili öz işini görür və kifayət qədər peşəkar mütəxəssislər olmadığına, həkimlərin öz işlərini məsuliyyətlə yerinə yetirmədiyinə görə Azərbaycan vətəndaşları sağlamlığını İranda və ya digər ölkələrdə axtarır ".

O bildirdi ki, İran viza tətbiq edəndən sonra minlərlə vətəndaşımız məhz bu səbəbdən gecəni səfirliyin önündə keçirmişdi:

"Bu sahədə köklü dəyişikliklər olmalıdır. Səhiyyə sistemində ciddi islahatlar olmasa, biz vətəndaşlarımızın sağlamlıqları üçün xaricə getməsinin qarşısını ala bilməyəcəyik".

Sığortaya ayırdığımız istifadə olunmur, büdcəyə qayıdır

Milli Məclisdə səsləndirdiyi fikirləri "Axar.az"a açıqlamasında davam etdirən Asim Mollazadə bildirdi ki, büdcədən ayrılan vəsaitlə son illər yüksək səviyyəli klinikaların tikilməsi və ya köhnələrin təmir olunması, səhiyyə mərkəzlərinin açılması ciddi nəticə vermir:

"Ümumi səhiyyə sistemində islahatlar və peşəkar mütəxəssislər olmadığına görə inkişaf yoxdur, mütəxəsislərin səviyyəsi yetərincə deyil və onlar ən müasir avadanlıqla davrana bilmirlər. Bununla yanaşı, tibbi sığorta da yoxdur. Hər il biz büdcədən təqribən bir milyon sığortaya ayırırıq, amma sığorta yoxdur".

Sığortaya ayrılan vəsaitin yenidən büdcəyə qayıtdığını söyləyən millət vəkili bu vəsaitlərin Azərbaycan vətəndaşının sağlamlığına xidmət etmədiyini bildirdi:

"Hər bir həkim müvafiq protokol əsasında hərəkət etməlidir. Təsəvvür edirsiz, doğum evlərində bu metod tətbiq ediləndən sonra ölüm hadisələri kəskin şəkildə azaldı. Ümumi səhiyyə sistemində də bu metoddan istifadə edilməlidir. Bu zaman həkim işində daha məsuliyyətli olur və səhlənkarlığa yol verdiyi təqdirdə məsuliyyətdən yayına bilmir".

Tarix
2013.11.13 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla