Yuxarı

İnternet asılılığı insanı necə məhv edir - Psixoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar mənəvi boşluqlarını internetlə doldurmağa çalışırlar.

Bu sözləri Axar.az-a psixoloq Könül Cəfərova insanların internet asılılığı haqda danışarkən deyib. Onun sözlərinə görə, bütün həyatını internetdən asılı hala gətirmək faciədir:

“Bir var bıçaq cərrahın əlindədir, bir də var caninin. Cərrahın əlində olan bıçaq təbii ki, kiminsə həyatını xilas edə bilər. Caninin əlindəki bıçaq isə kiminsə həyatına son qoyacaq. İnternetdən asılı olmaq məhz bıçağın cərrahın yox, caninin əlində olması kimi bir şeydir.

Bu daha çox ailə və şəxsiyyətlərarası münasibətlərdə insanların özünü təsdiqləyə bilməməsindən yaranır. Bu asılılıq birmənalı olaraq ünsiyyət prebleminə səbəb olur. Nəticədə virtual ünsiyyət real ünsiyyəti kölgədə qoyur.

Virtual aləmdə insanlar ideal “mən”i ilə real “mən”i arasında ziddiyyətlər yaşayır. Onlar şüuraltı olaraq formalaşdırdıqları ideal “mən”lərini virtual ünsiyyət vasitəsilə reallaşdırırlar. Bu zaman insan özünü olduğundan fərqli təqdim edir. Bu da onun şüuraltı olaraq özgüvən əskikliyinin məhdud səviyyədə olduğunu göstərir.

Kişilərin asudə vaxtı qadınlara nisbətən çox olduğuna görə, onlar internetdən daha çox istifadə edirlər”.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayına olan statistikaya әsasәn, Azәrbaycan әhalisi 9.92 milyon nәfәrdir və əhalinin 7.64 milyon nәfәri internet istifadәçisidir. Bu rәqәm 2016-cı ilin analoji ayına nisbәtdә 28 faiz çoxdur. Sosial media istifadәçilәrinin 69 faizi kişi, 31 faizi isә qadınlardır.

Tarix
2017.04.15 / 09:09
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla