Yuxarı

Alman həkim Bakıya gəlir: Onurğa xəstəlikləri…

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onurğa sütunu xəstəliklərinin artmasının bir səbəbi diaqnostika sahəsinin inkişaf etməsidirsə, digər önəmli səbəb insanların azhərəkətli həyat tərzi keçirməsi, fiziki aktivliklərinin azalmasıdır. Hazırda əksər şəxslər, hətta azyaşlı uşaqlar günün çox hissəsini kompüter qarşısında, oturaq vəziyyətdə keçirir. Nəticədə əzələ zəifləyir, oynaqlara, fəqərə sütunundakı disklərə daha çox yük düşür. Bu isə öz növbəsində bir sıra onurğa sütunu xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Axar.az xəbər verir ki, əslində, onurğa sütunu yırtıqlarının aradan qaldırılmaq üçün əməliyyata ehtiyac yoxdur.

Onurğa xəstəlikləri üzrə almaniyalı mütəxəssis Qerhard Reysin fikrincə, yalnız aşağı, yuxarı ətrafların, yaxud sidik kisəsinin və ya bağırsağın parezi yaranıbsa, əməliyyat həyata keçirilməsi vacibdir. Bundan başqa, bütün hallarda fəqərəarası disk yırtığı ancaq konservativ yolla müalicə olunmalıdır:

“Biotənzimləyici təbabətin ən böyük üstünlüyü odur ki, bu üsullarla müalicə zamanı istifadə olunan dərmanların, demək olar ki, heç bir əlavə təsiri yoxdur. Bu o deməkdir ki, müalicə zamanı qaraciyərə, böyrəklərə və digər orqanlara heç bir zərər dəymir, orqanlar yüklənmir. Biotənzimləyici təbabətlə müalicə hətta hamiləlik dövründə də aparıla bilər”.

Qeyd edək ki, mayın 22-dən–26-a kimi alman mütəxəssis Qerhard Reysin Bioloji Təbabət Klinikasında onurğa sütunu xəstəlikləri üzrə xəstə qəbulu keçiriləcək.

Əlaqə nömrəsi: (012) 430-89-49

Tarix
2017.05.12 / 02:15
Müəllif
Turanə Məmmədli
Oxunub
4 832
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla