Yuxarı

Onurğa əyriliyinə son! - Bioloji təbabətlə…

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Skolioz - onurğa sütununun əyriliyidir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərdə patoloji dəyişikliklərə səbəb olur.

Axar.az xəbər verir ki, yeniyetməlik dövrünün idiopatik (səbəbi məlum olmayan) skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur.

Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

- Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir

- Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər

- Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır

- Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının" əmələ gəlməsi

- Bir qol digərindən uzun görünür

- Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi

Skolioz xəstəliyi əsasən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bir çox daxili xəstəliklərin, müxtəlif komplekslərin, sosial təcridolunmanın yaranmasına səbəb ola bilər. Övladınızın bu problemlərdən qorumaq üçün xəstəliyin vaxtında aşkarlanması və müalicə olunması çox vacibdir.

Qeyd edək ki, 22.05.17 - 26.05.17-ci il tarixlərində Bioloji Təbabət klinikasında alman mütəxəssisi, vertebroloq-osteopat Qerhard Reysin bir sıra onurğa sütunu xəstəlikləri üzrə xəstə qəbulu keçiriləcək.

Əvvəlcədən yazılmağınız xahiş olunur.

Əlaqə nömrəsi: (012) 430-89-89

Tarix
2017.05.15 / 17:17
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla