Yuxarı

Qohumla nikaha girənlər… - Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qohum evliliyi aralarında qan bağı olan evliliklərdir. Yaxınlıq dərəcəsinə görə ən riskli birinci dərəcəlilər xala, əmi, bibi, dayı uşaqları arasında olan evliliklərdir. Qardaş və bacı nəvələri arasındakı evliliklər ikinci dərəcəli riskə daxildir. İrsi keçən xəstəliklər gendə baş verən mutasiyalar nəticəsində ortaya çıxır, qohum evliliyi nəticəsində meydana çıxan irsi xəstəliklər əsasən metabolik xəstəliklərdir və sayca çoxdur. Ailədə diaqnozu təyin olunmuş irsi xəstəlik varsa və ya cütlüyün bir xəstə uşağı varsa, ana bətnindəki döl bu xəstəliklərə görə mütləq müayinə olunmalıdır.

Axar.az xəbər verir ki, doğulan uşaqların 8,4%-i qohum evliliklərin payına düşür. Qohum evliliklərində daşıyıcı genin üst-üstə düşməsi genetik xəstəliyin rastgəlmə tezliyini artırır.

Qohum nikahına girən ailələrdə ana dünyaya sağlam uşaq gətirmək üçün mütləq həkim-genetikdən məsləhət almalıdır ki, cütlüklər belə problemlərlə rastlaşmasınlar. Əvvəllər genetik müayinələr üçün insanlar xeyli vəsait və vaxt sərf edib xarici ölkələrə üz tuturdular. Ən yaxşı halda bəzi klinikalar analizləri burada götürüb xarici klinikalara göndərirdilər.

İzmirin Ege Universitetinin professoru, həmyerlimiz Afiq Bərdəlinin rəhbərliyi altında fəaliyyət göstərən Afgen genetik laboratoriyası artıq Azərbaycanda bu problemə son qoyub. Burada bir çox genetik xəstəliklərə son modelli avadanlıqların köməyilə dəqiq diaqnoz qoyulur.

Qeyd edək ki, bu mərkəz 2012-ci ildən Bioloji Təbabət klinikasında fəaliyyətini davam etdirir.

Tarix
2017.05.19 / 02:23
Müəllif
Turanə Məmmədli
Oxunub
4 294
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla