Yuxarı

Cavan qalmaq istəyənlər bu tərəvəzdən istifadə etsin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar yerkökünü qədim zamanlardan yetişdirir və istehlak edirlər. Bir vaxtlar yerkökü Avropada hətta delikates sayılırdı.

Sağlamolun.az xəbər verir ki, yerkökü tək tərəvəz kimi deyil, dərman kimi də istifadə olunurdu. Keçmişdə yerkökünün balla qarışığını xəstə insanlara verirdilər ki, daha tez sağalsınlar.

Yerkökü həqiqətən çox faydalıdır. Onun tərkibində, demək olar bütün vitaminlər və əsas minerallar var. Yerkökü xüsusilə beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini ən güclü antiokidantlardan biridir. Bu vitamin qocalma proseslərini ləngidir, insanları bir çox xroniki xəstəliklərinin inkişafından qoruyur. Bu vitamin uşaqların normal inkişafı üçün olduqca vacibdir.

Yerkökü görməni yaxşılaşdırır. Bu məqsədlə belə reseptdən istifadə edə bilərsiniz: təzə yerkökünü ortadan kəsib arasına kərə yağı çəkin və hissələri biri birinə yapışdırıb belə "buterbrodu" yeyin. Yerkökünün tərkibində olan görməni yaxşılaşdıran beta-karotin yağlarla birlikdə daha yaxşı mənimsənilir.

Yerkökü şirəsi ən sınanmış təbii qurdqovucu vasitələrdən biridir.

Yerkökü immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır.

Qidalı liflərlə zəngin olduğundan bağırsaqları əla təmizləyir, qəbizlik zamanı kömək edir.

Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

Qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır.

Mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabet xəstələri üçün çox faydalıdır.

Yerkökü həmçinin dərinin vəziyyətinə də müsbət təsir edir.

Yerköküdən maksimal fayda almaq üçün onu bitki, kərə yağı, xama və ya qaymaqla yemək lazımdır.

Tarix
2017.05.19 / 01:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla