Ana səhifə Sağlıq |
Bir damla qan mikroskop altında müayinə edilərkən kəmiyyət analizi olan qanın ümümi analizindən daha artıq məlumat əldə edə bilirik. Çünki qan canlı olur, yaxma qurudulub, yuyulmur, pasient vaxt itirmədən daha ətraflı məlumatlandırılır.
Axar.az xəbər verir ki, bu müayinə metodu mikroskopun icad olunduğu dövrdən elmə məlumdur. Hazırda laborator praktikada istifadə edilən adi işıq mikroskopu müşahidə olunan obyektləri maksimal olaraq 1500 dəfəyə qədər böyütməyə imkan yaradır. Bu müayinə rənglənmiş strukturları görmək üçün kifayət etsə də, qanda gedən dinamik prosesləri izləməyə imkan vermir. Beləliklə, işıq mikroskopunun əsasında yeni müayinə metodu yarandı ki, onu da “qaranlıqsahəli mikroskopiya” adlandırdılar.
Müayinə metodunun üstünlüyü ondan ibarətdir ki, proses heç bir hazırlıq olmadan xəstənin yanında aparılır. Mikroskopda görünən mənzərə kompüterin ekranına ötürülür və xəstəyə bütün müayinə prosesində iştirak edib, öz qanında gedən dəyişiklikləri görmək imkanı verilir.
Əgər siz:
Profilaktik məqsədlə müayinə olunmaq istəyirsinizsə, bu müayinədən keçmək məsləhətdir.
Qeyd edək ki, bu müayinə üsulu Bioloji Təbabət klinikasında peşəkar həkimlər tərəfindən həyata keçirilir.
Tarix
2017.05.25 / 02:16
|
Müəllif
Turanə Məmmədli
|