Yuxarı

“Dilənçi pozası”ndan xilas olmaq istəyirsizsə… - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlara daha çox Bexterev xəstəliyi kimi məlum olan ankilozlaşdırıcı spondilit onurğanın xronik iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı əsasən oma-qalça, fəqərəarası və fəqərə çıxıntıları oynaqları zədələnir. Bəzi xəstələrdə ətrafların oynaqları və daxili orqanlar da prosesə cəlb olunur.

Axar.az xəbər verir ki, xəstəliyin yaranmasını çox zaman immun sistemdəki genetik dəyişiklərlə əlaqələndirirlər.

Bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır. Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurganın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar. Bu vəziyyət Bexterev xəstəliyi üçün xarakter olan “dilənçi pozası” adlanır.

Bexterev xəstəliyinin diaqnostikasında əsas rolu onurğanın rentgenoqrafiyası tutur.

Diaqnostikada aşağıdakılar mühüm yer tutur:

- 3 aydan artıq davam edən və sakitlik vəziyyətində azalmayan bel ağrıları

- döş qəfəsində ağrı və sıxılma hissi

- döş qəfəsində tənəffüs hərəkətlərinin məhdudlaşması

- onurğanın bel şöbəsində hərəkət məhdudluğu

- gözlərdə dəyişikliklər

- tipik rentgenoloji dəyişiklklər (ikitərəfli sakroileit)

İlk 5 amildən 4-ü varsa Bexterev xəstəliyi diaqnozu təsdiqlənir.

Xəstəlik mürəkkəb və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar uğurla istifadə olunur.

Biotənzimləyici terapiyanın istifadəsi həm müalicədə daha yaxşı nəticə almağa, həm də bütövlükdə orqanizmin bərpasına xidmət edir.

Qeyd edək ki, bu müalicə üsulu Bioloji Təbabət klinikasında həyata keçirilir.

Tarix
2017.05.25 / 15:23
Müəllif
Turanə Məmmədli
Oxunub
2 191
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla