Yuxarı

Zob xəstəliyi hansı insanlarda inkişaf edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İldən ilə bütün dünyada qalxanvari vəzi xəstəliklərinə tutulmuş insanların sayı artır. Həmçinin son zamanlar qalxanavari vəzi şişlərinin sayı da artmaqdadır.

Sağlamolun.az-ın məlumatına görə, mütəxəssislər bunu dünyada ekoloji şəraitin pisləşməsi ilə izah edir.

Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə kifayət qədər tez-tez rast gəlinir. Bunun səbəbi ölkəmizin bir çox bölgələrində suda, havada və torpaqda yodun az olmasıdır. Bildiyimiz kimi, yodun orqanizmdə normal səviyyədə olması qalxanvari vəzinin fəaliyyəti və sağlamlığı üçün ən vacib amillərdən biridir.

Bu yazıda biz zob xəstəliyinin əsas risk faktorlarını təqdim edirik. Zob xəstəliyi daha tez-tez hansı qrup insanlarda inkişaf edir?

1. Qadınlar. Qadınlara zob xəstəliklərinə kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun səbəbi qadının həyatı boyu onun orqanizmində baş verən ciddi hormonal dəyişikliklərdir - hamiləlik zamanı yoda olan tələbatın artması, menopauza zamanı yoda olan həssaslığın artması və s.

2. Kənd yerlərində yaşayan insanlar (xüsusilə bu dənizlərdən uzaq olan, dağ yerlərində yerləşən kəndlərə aiddir). Bu yerlərdə suda və torpaqda yodun kəskin çaışmazlığı müşahidə olunur ki, bu da qalxanvari vəzinin fəaliyyətinə mənfi təsir edir.

3. Yaxın qohumları arasında qalxanvari vəzi xəstəlikləri olan insanlar. İrsiyyət zob xəstəliklərinin inkişafında böyük rol oynayır.

4. Siqaret çəkən insanlar.

5. Pis ekoloji şəraitdə yaşayan insanlar. Söhbət böyük sənaye şəhərlərində, iri sənaye müəssisələrinə yaxın yerlərdə yaşayan insanlardan gedir.

6. Tez-tez güclü streslərə məruz qalan insanlar.

İnsanda bu risk faktorlarından bir neçəsi olduqda (məsələn, valideynlərində zob xəstəliyi olan kənddə yaşayan uşaqlı qadın), bu daha təhlükəlidir. Belə insanlar vaxtaşırı olaraq endokrinoloqun profilaktik müayinələrindən keçməli, zob xəstəliklərinin əsas simptomlarını bilməli və vaxtında mütəxəssisə müraciət etməlidir.

Tarix
2017.05.26 / 01:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla