Yuxarı

Dövlət xəstəxanaları pullu olacaq - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət xəstəxanaları ilə yanaşı, poliklinikalar da pullu xidmət göstərəcək. Bütün işlərə icbari tibbi sığortanın tətbiqi başa çatdıqdan sonra başlanılacaq.

Xəzər xəbər-in məlumatıan görə, hazırda pullu xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməsi üçün Nazirlər Kabinetinə verilib.

Qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra bu qayda tətbiq ediləcək. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki, hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlər aparılır.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Artıq bununla bağlı Nazirlik tərəfindən Nazirlər Kabinetinə siyahı da verilib:

"Nazirlər Kabineti "Pullu xidmət növləri"ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyətinin isə Tarif Şurasına verilməsi nəzərdə tutulur. Bütün işlərə ölkədə icbari tibbi sığortanın tətbiqi yekunlaşdıqdan sonra başlanılacaq".

Tarix
2017.05.26 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla