Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Gürcüstanda azərbaycanlılara genetik terror - Şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az"ın əməkdaşı Tiflisdəki mənbələrdən inanılmaz məlumat edib.

Məlumatın təfsilatına keçməzdən əvvəl deyək ki, azərbaycanlılara qarşı "irsi soyqırım"da ermənilərlə bərabər Gürcüstan vətəndaşı olan azərbaycanlılar da iştirak edir.

Nəsli kəsən dərmanlar

Gürcüstandakı soydaşlarımızın sayını azaltmaq üçün erməni lobbisi milyonlarla manat pul xərcləyir. Bu barədə məlumatı muxbirimizə Gürcüstanın ictimai siyasi həyatında aktiv olan, ancaq adının açıqlanmasını istəməyən soydaşımız verib.

Mənbə deyir ki, Tiflisdə fəaliyyət göstərən "Çoxmillətli Gürcüstan" adlı qeyri-hökumət təşkilatı azərbaycanlıların Gürcüstanda sayını azaltmaq üçün Amerikadan xüsusi dərmanlar gətirib. QHT-nin rəhbəri Arnold Stepanyan adlı ermənidir. QHT-nin əsas donoru xaricdəki erməni lobbisidir. Onların xaricdən baha qiymətə gətirib xanım soydaşlarımıza payladığı dərmanlar sonsuzluq yaradır. Normalda həmin dərmanları Avropada yeni evlənən və qarşıdakı 10 il ərzində uşaq dünyaya gətirmək istəməyən insanlar istifadə edir. Həmin dərmanlarının bir gilə həbinin 40-60 dollar qiyməti var. Dərmanları Gürcüstanın azərbaycanlılar yaşayan əyalətlərindəki xanımlara paylamaqla onların yaxın 6-10 il ərzində dünyaya uşaq gətirmələrinin qarşısını alırlar.

Arnold Stepanyan - Səbinə Talıbova işbirliyi

Dəhşətlisi isə odur ki, bu planda əsas işləri Arnold Stepanyanın rəhbəri olduğu QHT-nin kordinatoru Səbinə Talıbova görür. Azərbaycanlıların yaşadığı Marneuli rayonundan olan Talıbova azərbaycanlılarla ünsiyyət quraraq evli xanımlara bu cür dərmanlar paylayır.

Oğlanlar da unudulmayıb

Azərbaycanın əleyhinə işləyən erməni lobbisi tərəfindən maliyələşən QHT soydaşlarımız oxuyan məktəblərdəki oğlan uşaqlarını da "yaddan çıxarmayıb". Onlara da bir neçə dəfə "qoruyucu" vasitələr paylanılıb. Yerli camaat bunu çox pis qarşılasa da, "QHT"nin bahalı dərman həblərinə "yox" deyənlərin sayı çox azdır. Səbəb odur ki, həb haqqında məlumat verərkən xanımlara "hamiləliyi önləmək üçün dərman" deməklə kifayətlənirlər. Azərbaycanlı xanımlar həmin dərmanların hamiləliyi 6-10 il ərzində önlədiyindən xəbərsizdirlər.

Məsələni gündəmdə saxlayacağıq.

Tarix
2013.11.18 / 16:35
Müəllif
Tural Qurbanlı
Şərhlər
loading...
Digər xəbərlər

Nazirlikdən saxta göz dərmanı ilə bağlı - Xəbərdarlıq

Çay içə-içə siqaret çəkən kişilərə xəbərdarlıq

Bu dərmanlar sonsuzluq və xərçəng yaradır - Xəbərdarlıq

Uşağın hərarəti qalxarsa, bunu etməyin – Həkim

Bu yağlar orqanizmimizi necə məhv edir? - Rəy

Yüksək təzyiqə səbəb olan amillər

Həkim səhvlərindən sığortalanmaq olarmı? - Video

Uşaqlar təhlükədə: xərçəng yaradan oyuncaqlar - Ekspert

Zəhərli zobun əməliyyyatsız müalicəsi mümkündürmü?

Həkimin öldürdüyü qızın dəfni niyə gecikdi?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla