Yuxarı

Alimlərimiz dərman hazırladı: xərçəngə son qoyulacaq - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı alimlər daha bir uğura imza atıblar.

Onlar, xərçəng xəstəliyinə qarşi yeni dərman maddələri hazırlayıblar. Beynəlxalq mütəxəssislər tərəfindən müəyyən olunub ki, bu məhlullar mövcud olanlardan daha da effektlidir. Alimlərimiz bu məhlullarla daha bir neçə xəstəliyin müalicəsinə nail olacaqlar.

Xəzər xəbər-in məlumatına görə, Azərbaycan elm adamları bədxasisəli şişin inkişafını dayandıran dərman maddələri kəşf edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanının aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara başlayıb. Azərbaycanda əldə olunan 50 dərman maddəsi sınaqdan keçirilməsi üçün İtaliyaya göndərilib. Satışda olan dərmanlar xəstəliyin inkişafını zəiflətdiyi halda, yeni kəşfin xərçəng hüceyrələrinə son qoyacağı məlum olub.

İtaliyadan, Aşqarlar Kimyası İnstitutuna maddələrin klinik şəraitdə sınaqdan keçirilməsi üçün təklif gəlib. Yəni, kimyəvi maddələrdən ibarət olan məhlulların digər orqanlara təsiri yoxlanılacaq. Müsbət nəticə əldə olunsa, məhlulardan hazırlanan dərmanlar gələcəkdə satışa buraxılacaq. Dərman maddələri Alzaymer kimi xəstəliklərin müalicəsi üçün də effektivdir.

Maraqlıdır ki, neft məhsulları, o cümlədən sənaye yağlarının oksidləşməsinin qarşısının alınması üzərində araşdırma aparan mütəxəsislər, məhz bu naliyyətə imza atıb.

Əfsun Sucayevin sözlərinə görə, kimya sahəsində əldə olunan radikal mexanizmlər, insan orqanizmində gedən hüceyrə dəyişikliyində də fizioloji rol oynaya bilər.

Tarix
2017.07.07 / 00:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla