Yuxarı

İdeal təzyiq üçün bunları edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kardioloqlar 40 yaşdan sonra həftədə 1 dəfə olmaqla arterial təzyiqini ölçməyi tövsiyə edir.

Məsələ burasındadır ki, ən hiyləgər xəstəliklərdən biri olan hipertoniya simptomsuz inkişaf edir və xəstəliyin ilkin mərhələlərində insan heç bir narahatçılıq, ağrı və s. hiss etmir. Simptomlar meydana çıxdıqda isə bir çox orqanlarlar artıq zədələnmiş olur.

Axar.az Sağlamolun.az-a istinadən xəbər verir ki, ideal təzyiqə sahib olmaq üçün 7 addım təqdim edirik.

1. Meyvə və tərəvəzlərin tərkibində olan qidalı liflər damarlarımızın təmizliyini və elastikliyini qoruyur. Alimlər hər gün 5 porsiya meyvə-tərəvəz yeməyi tövsiyə edirlər (3 porsiya tərəvəz + 2 porsiya meyvə). 1 porsiya dedikdə, məsələn 1 boşqab tərəvəz salatı və ya 1 banan, 1 alma, 1 ovuc giləmeyvə nəzərdə tutulur.

2. Hər gün C vitamini ilə zəngin olan məhsuları (sitrus meyvələri, bibər, qara qarağat və s.) yemək lazımdır. C vitamini damarları tonusda saxlayır, onların cavanlığını qoruyur.

3. Kaliumun miqdarını artırın, natriumun miqdarını azaldın. Kalium ürək-damar sisteminin normal fəaliyyəti üçün ən vacib mineraldır. Kaliumla zəngin olan məhsullar - pomidor, kartof, banan, ərik, ərik qurusu, kişmiş və s.

Natriumun (əsasən duzla əldə edilir) orqanizmdə toplanması təzyiqin qalxmasına, ürəyin fəaliyyətinin pozulmasına, aritmiyalara səbəb olur. Sağlam insan gündə 5 qr-dan artıq duz istehlak etməməlidir. Hipertoniya xəstəliyi olan insanlarda duzun norması 2 dəfə azdır.

4. Amerika alimləri aşkar ediblər ki, yulaf yarmasının (gerkules) istehlakı arterial təzyiqin tənzimlənməsinə kömək edir. Hər gün 1 kəsa yulaf yarması sıyığını yeyin.

5. Balığın istehlakını artırın. Omeqa-3 və Omeqa-6 əvəzolunmaz yağlı turşularla zəngin olan balıq damarların sağlamlığını qoruyur, arterial təzyiqin tənzimlənməsinə kömək edir.

6. Hər gün kalsiumla zəngin olan məhsulları istehlak edin. Kalsium damarların divarlarını möhkəmləndirir.

7. Hər gün ən azı 30 dəqiqə ərzində orta templə açıq havada gəzin. Bu ürək-damar sistemini məşq etdirir, onu tonusda saxlayır.

Tarix
2017.07.07 / 01:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla