Yuxarı

İnfarktı əvvəlcədən belə təyin edin – Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miokard infarktı dünyada ən başda gələn ölüm səbəblərindəndir. Miokard ürək əzələsidir.

Axar.az xəbər verir ki, ürək insanlarda normal vəziyyətdə dəqiqədə 60-80 dəfə bütün bədənə qan ötürən güçlü bir nasosdur. Bu orqan bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsi lazımdır.

Ürəyin özünü qidalandıran damarlarda (koronar arter) koronar çatışmazlığı meydana gəlir. Koronar damarlarda kirəcləşmə (skleroatik proses) nəticəsində ürək əzələlərinin qidalanması zəifləyir və biz ürək tutmaları ilə qarşılaşırıq. Bu isə asılıdır kirəcləşmənin dərəcəsindən və yerindən. Bəziləri ürək tutmasına çevrilə bilər.

Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Miokard infarktı olmasından şübhələnmək üçün ilk əlamət - döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir.

İlk olaraq döş arxasında sıxılan göynəmə halları olarsa, bu stenokardiya tutmalarından xəbər verir. Bu halda təcili həkimə müraciət etmək lazımdır. Belə vəziyyət Miokard İnfarktının astanasında olmağınızdan xəbər verir. Bəzən isə barmaq ucları nda ağrılar sol qolda ağrılar olduqda da həkimə müraciət etmək lazımdır. Çünki ürək çox mürəkkəb və böyük iş qabiliyyətinə malik olan bir orqandır.

Miokard infarktı zamanı baş verən ağrı çox güclü olub, bəzən xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir. Bəzən bu ağrı hissiyyatı o qədər dözülməz olur ki, xəstə qışqırmağa məcbur olur.
Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq - kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər.

Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər. Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir.

Əksər hallarda isə xəstə stenokardiya zamanı olan ağrıya bənzəyən kəskin ağrı tutması hiss edir. Ancaq miokard infarktı zamanı olan ağrının bir sıra fərqli xüsusiyyətləri də vardır. Stenokardiya zamanı ağrı fiziki və ya emosional gərginlik zamanı baş verir və adətən nitroqliserin həbi qəbul etdikdən sonra tez bir zamanda keçib gedir. Miokard infarktı zamanı olan ağrı stenokardiyaya nisbətən daha güclü olur, əksər hallarda sakit vəziyyətdə olarkən başlayır və hətta bir-birinin ardınca 3 həb nitroqliserin qəbul etdikdən sonra da keçib getmir.
Beləliklə, əgər siz döş sümüyü arxasında güclü ağrı hiss edirsinizsə və ağrı nitroqliserin qəbul etdikdən sonra keçməyərək 15 dəqiqədən artıq davam edirsə, tez bir zamanda “təcili yardım” çağırın. Çünki bu hal miokard infarktının simptomudur və vaxt itirərək ağrıya dözmək məsləhət görülmür.

Miokard infarktı zamanı əksər hallarda elektrokardioqrafik (EKQ) müayinədə özünə məxsus dəyişikliklər baş verir. Bu zaman zədələnmənin sahəsini və dərəcəsini dəqiqləşdirmək üçün ürəyin USM (ultrasəs müayinəsi) olan exokardioqrafiya da təyin oluna bilər.

Miokard infarktına tutulma rirki aşağıdakı hallarda daha böyükdür:

Şəkərli diabet

Dislipidemiya

Çətin nəzarət olunan hipertoniya

Siqaret çəkən insanlar

Spirtli içki qəbul edən insanlar

Koroner damarların irsi xəstəlikləri olan insanlar

Daha çox oturaq həyat tərzi keçirən insanlar.

Qeyd edək ki, miokard infarktına tutulma riski ortayaşlı insanlarda daha böyük olsa da, müasir dövrdə insanların stresli həyat yaşaması, həyəcan, panika bu infarktın yaşını cavanlaşdırır.
Bu gün gənc yaşda olan şəxslər belə miokard infarktı keçirə bilər.

Tarix
2017.07.13 / 00:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla