Yuxarı

Rafiq Hüseynov: "Yaşamaq istəyirəm"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Hüseynov mətbuata açıqlamasında bildirib ki, bir həftədir səhhətində problemlər başlayıb: "Təəssüf ki, bu xəbəri sizə inkar edə bilmirəm. Diaqnoz dəqiqdir – ağ ciyər xərçəngi. Akademik Əhliman Əmiraslanov hər şeyi boynuna götürüb, mənə kömək edir. Bu həftə ərzində bilinəcək ki, bədxassəli şişi kəsib götürmək mümkündür, ya yox... Xəstəliyimin xaricdə müalicəsi 120 min manata başa gəlir".

Rafiq Hüseynov hazırda öskürəkdən əziyyət çəkir. Çünki şiş bronxlarında da inkişaf edib. Xəstələnməsi xəbərini təsdiqləyən tanınmış diktor sağalacağına ümid etdiyini deyib:

"Yaşamaq istəyirəm. Ölməkdən qorxmuram, amma ölüm üçün tez olduğunu düşünürəm. Bədbinliyə qapılmıram. Həftənin sonunu səbirsizliklə gözləyirəm", - tanınmış diktor, Azərbaycanın xalq artisti Rafiq Hüseynov dedi.

Rafiq bəy indiki durumdan da danışdı:

"Yeddi–səkkiz gündür iynə-dərman qəbul edirəm. Bütün dostlarıma, baş çəkib diqqət göstərən hər bir insana çox sağ ol deyirəm. Hazırda Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun nəzarəti altındayam. İnşallah həftənin sonuna şad xəbər verərəm. Hələ Bakıda əməliyyat olunub-olunmayacağım dəqiqləşməyib".

Tarix
2013.11.20 / 13:04
Müəllif
Aysel
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla