Yuxarı

Düzgün ətir seçərkən bunları nəzərə alın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düzgün ətir seçimi qarderob və makiyaj seçimi qədər önəmlidir. Bu seçimi edərkən bir sıra amillər nəzərə alnmalıdır.

Axar.az düzgün ətir seçimi üçün nəzərə almalı olduğunuz amilləri sizə təqdim edir:

İlk olaraq ətir alarkən onun üstündə EDP və EDT yazıldığına diqqət etmək lazımdır. Çünki bunlar fərqli anlayışlardır:

“Eau de Parfum” yəni EDP əsil parfümdən sonra içərisindəki yağ qarışımının miqdarının 20 %-ə qədər olduğu qoxulardır. EDT-lərə görə daha uzun müddətə qalıcılığını qoruyub saxlıyırlar və qoxuları daha dominantdır. Əsasən bədən üçün nəzərdə tutulmuş parfümlərdir.

“Eau de Toilette” yəni EDT isə qarışımın miqdarının 10 %-ə qədər olduğu növdür. Yüngül və sport ətirlər əsasən bu qrupa daxildirlər. Qalıcılığı yuxarıda da qeyd etdiyimiz kimi EDP-yə nisbətən azdır. Bu ətirlər əsasən paltara vurulmaq üçün nəzərdə tutulub. Bu tip ətirlərin bədənə vurulması onların qoxusunun dəyişməsinə, qalıcılığını itirməsinə səbəb ola bilər.

Kişilərin istifadə etdiyi ASL yəni “After Shave Lotion” isə 3 %-dən az bir tərkibi var və təraşdan sonra istifadə edilən losyonun qoxulandırılmış halıdır. Qalıcı deyil və ətirlə birgə istifadə olunduğu zaman ətirin qalıcılığına və yayılmasına köməklik edir.

Daha sonra ətirinizi daha qalıcı hala gətirmənin bir başqa yolu da ətiri hara uyğun vura bilmənizdir. Nəbzinizin atdığı yerlər ətirin qalıcılığını və gözəl qoxunu dəstəkləyən ən yaxşı yerlərdir.

Mütəxəsislər bildirir ki, ətriyyatçıların müştərilərə təqdim etdiyi ətir suyu, tualet suyu, odekolon, ətir və ətir yağları tamamilə fərqli terminlərdir. Bunları fərqləndirmək isə asandır. Fərqləndirmə təsnifatı aromatik maddələrin xalis miqdarının keyfiyyətinə əsaslanır:

Odekolon (eau de cologne): tərkibində yalnız 2-5% təmiz aroma essensiyası Tualet suyu (eau de toilette): 5-12% təmiz aroma essensiyası

Ətir suyu (eau de parfum): 10-20% təmiz aroma essensiyası

Ətir: 20-dən 40%-ə qədər təmiz aroma essensiyası olmağı ilə bir-birilərindən fərqlənirlər.

Bundan əlavə yeni ətir yağları kateqoriyası da yaranıb. Onlar əsasən Dior (J’Adore Touche de Parfum) və Giorgio Armani-nin (Sì Huile de Parfum) ətirlərinin tərkibində olur. Bu tip ətirlər daha çox yağ əsaslıdır.

Saç üçün olan ətirlər də vardır ki, onların da tərkibində normal ətrin tərkibindəki spirtdən daha az spirt olur. Məhz saçlar üçün olan ətirlər isə “Narciso”, “Narciso Rodriguez for her”, “Miss Dior” ətirləridir.

Ümumilikdə insanlar qalıcı iylərdən xoşandığının şahidi oluruq. Lakin, gün ərzində ətirin yanımızda daşıyıb, mütəmadi olaraq sıxmaq heç də düzgün bir hal deyildir. Əvvəla ətir sərin yerdə saxlanılmalıdır ki, tərkibini və keyfiyyətini itirməsin. İsti aylarda üzərinizdə gəzdirdiyiniz ətirin keyfiyyətinin nə dərəcədə uzun müddətli olacağına heç bir ətriyyatçı zəmanət vermir. Gündəlik istifadədə ağır ətirlərdən istifadə etmək çox da düzgün seçim deyil. Hələ bu yay aylarında kəsinliklə qəbul edilməz bir haldır. Buna görə yay aylarında insanlar daha yüngül, qışda isə seçimlərini azadlıqla edə bilərlər.

Tarix
2017.07.24 / 01:09
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla