Yuxarı

Uşaqları virusdan necə qorumalıyıq - Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağız-burun boşluğu, eyni zamanda gözün selikli qişasından keçən bu virus xəstədə immunitet sistemini zəiflədərək ürək bulanması, qusma, qarın ağrısı və yüksək temperatur, ağız suyu ifrazının gəlməsi ilə müşahidə olunur.

Bu sözləri Axar.az saytına Bioloji Təbabət Klinikasının pediatr-endokrinoloq həkimi Həbibə Mirzəyeva deyib.

“Uşaqlar arasında yayılan virus hava-damcı yolu ilə keçir. Körpə, əsasən iki yaşına qədər olan uşaqlar bunu daha ağır keçirir. Buna adi hal kimi baxmaq olmaz. Bunun üçün mütləq həkimə müraciət olunmalıdır, xəstə həkim müayinəsi və nəzarəti altında qalmalıdır. Eyni zamanda bu, vaxtında müalicə olunmadıqda sinir sisteminə təsir edə bilər, ona görə də ağır fəsadlar yaratmasının qarşısı alınmalıdır. Əlavə bakteriyaların yaranmasına əvvəlcədən immunet sistemini gücləndirərək mane olmaq lazımdır. Bunun qarşısı alınmasa, digər xəstəliklər yarana bilər. Ümumiyyətlə qorunmaqdan ötrü təbii qidalanma, immmunitet sisteminin gücləndirilməsi, təmiz havada olmaq əsas şərtdir. Bu virus qidadan keçmir. Yoluxucu xəstəlikdir. İmmunitet sistemi zəif olan insanlar həmin virusun daşıyıcısı ilə ünsiyyətdə olanda bu virusa yoluxur”.

Qeyd edək ki, son günlər azyaşlılar arasında ürək bulanması, qusma, qarın ağrısı və yüksək temperaturla həkimə müraciət halları artıb.

Tarix
2017.07.26 / 08:15
Müəllif
Nübar Lətifli
Oxunub
1 285
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla