Yuxarı

Əsəbilik, zəiflik, qanazlığı bunun göstəricisidir...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitaminlər orqanizmdə mikrodozalarda mövcud olduğuna baxmayaraq orqanizmdə gedən bütün vacib proseslərdə əsas rollardan birini oynayır.

Sağlamolun.az xəbər verir ki, bu səbəbdən bu və ya digər vitaminin çatışmazlığı müxtəlif pozulmaların inkişafına səbəb ola bilər.

B12 belə vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərə təsir edir.

B12 qanyaratma proseslərində əsas rollardan birini oynayır. B12 çatışmazlığı zamanı onurğa beyini hüceyrələrinin bölünmə prosesləri pozulur ki, bu da eritrositlər və digər qan hüceyrələrinin yetişməsini azaldır. Bu səbəbdən B12 vitamininin çatışmazlığı qanazlığına səbəb olur.

B12 vitamini ürək-damar sistemimizi qoruyur, infarkt və insultun inkişafının riskini azaldır.

B12 həmçinin qaraciyərin hüceyrələrini bərpa edir, qaraciyərin piylənməsinin qarşısını alır.

B12 vitamini sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir - insanın streslərə olan davamlığını artırır, sakitləşdirir, depressiyanın inkişafının qarşısını alır. Bu səbəbdən B12 vitaminin çatışmazlığı bir çox nevroloji simptomların inkişafına səbəb olur - əsəbilik, əhvalın tez-tez dəyişilməsi, depressiya, yaddaşın zəifləməsi, baş gicəllənməsi və s. Bəzən B12 vitamininin çatışmazlığının simptomları hətta ən ağır nevroloji xəstəliklərdən biri olan dağılmış sklerozun simptomlarına bənzəyir.

B12 osteoporoz (sümük kütləsinin əriməsi) kimi təhlükəli xəstəliyin inkişafının qarşısını alır.

B12 vitaminin çatışmazlığının digər simptomları arasında: dilin iltihabı qlossit (dil qıpqırmızı olur), dəridə arabir sancma, keyimə, qaşınma.

B12 vitamini ət, balıq, yumurta və süd məhsulları ilə orqanizmə daxil olur. Bu səbəbdən pis qidalanan, daim balanslaşdırılmamış pəhrizlərdə oturan insanlarda, vegetarianlarda bu vitaminin çatışmazlığı müşahidə oluna bilər.

Həzm sistemi xəstəlikləri, bəzi dərmanların qəbulu (antibiotiklər, immunomodulyatorlar, C vitamini preparatları və s.) B12 vitamininin orqanizm tərəfindən mənimsənilməsini pisləşdirir.

Həmçinin bu vacib vitaminin çatışmazlığı yaşlı insanlarda da müşahidə oluna bilər.

Orqanizmdə bu vitaminin çatışmazlığı xüsusi laborator analizi vasitəsilə təyin olunur. Daha sonra həkim lazım olan müalicə kursu təyin edir.

Tarix
2017.07.27 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla