Yuxarı

Keyfiyyətli gün eynəyini necə seçməli – Həkim məsləhəti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəşli günlərdə insanlar zərərli şüalardan qorunmaq üçün günəş eynəklərindən istifadə edirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta eynəklər satılır.

Axar.az xəbər verir ki, ölkədə satılan eynəklərin əksəriyyətinin testdən keçirilməsi üçün heç bir şərait yoxdur. Sertifikat tələb etdikdə isə əksər satıcılar bunu təqdim edə bilmirlər.

Avtovağzal Ticarət Mərkəzində yerləşən mağazada gün eynəklərini 3-10 manata satan satıcı bu eynəklərin sertifikatı olmadığını və Çindən gətirildiyini deyib.

"28 May" metro stansiyasının keçidində yerləşən mağazanın satıcısı isə eynəklərin original olmasa da, alıcılarının çox olduğunu bildirdi.

28 Moll AVM-də isə 13.99 AZN-dən 300 AZN qiymətində eynəklərin satışına rast gəldik. Mağazaların satıcısından biri satılan eynəklərin hər birinin sertifikatı olduğunu bildirdi.

Məsələ ilə bağlı Axar.az-a danışan Bioloji Təbabət Klinikasının həkimi, oftalmoloq Nuridə Məmmədəliyeva bildirib ki, günəş eynəkləri günəşdən gələn ultrabənövşəyi (UV) zərərli şüalarının qarşısını almaq məqsədilə istifadə edilir:

“Ancaq standartlara uyğun olmayan eynəklərdə bu sədd (UV) olmadığı üçün göz bəbəkləri bundan daha çox zərər görür. Saxta günəş eynəkləri günəş şüalarının geri qaytarmaq əvəzinə udduqları üçün gözün buynuz qişasının yanmasına, tozlu qişada müəyyən destruktiv proseslərə, mirvari suyu əmələ gəlməsinə, hətta gözətrafı xərçəng xəstəliyinin yaranmasına da səbəb ola bilər. Çünki eynəkdən istifadə edilmədiyi zaman göz bəbəkləri özünü müdafiə etmə adına kiçilərək UV şüalarından qorunmağa çalışır. UV şüalarının qarşısını almaq xüsusiyyəti olmayan tünd rəngli eynəklər göz bəbəyinə güclü günəş işığının gəlməsinin qarşısını aldığından bəbəklərin böyüməsinə səbəb olur. Bu isə bəbəklərə daha çox UV şüalarının daxil olmasına səbəb olur. Yəni keyfiyyətsiz eynəklər göz bəbəklərinə eynəksiz haldakından daha çox UV şüalarının dəyməsinə yol açaraq gözlərimizə zərər verir. Ona görədə eynək seçimi zamanı küçədə satılan mənşəyi məlum olmayan eynəklərdən uzaq durmaq lazımdır. Mütləq sertifikat tətbiq edən mağazalardan eynək almaq məsləhətlidir”.

Keyfiyyətli günəş eynəyi seçmək üçün əsas aşağıdakı xüsusiyyətlərə diqqət etmək lazımdır:

İlk olaraq, günəşi əks etdirmə və ya günəş şüalarını udma dərəcəsi yüksək olan eynəklərə üstünlük verin. Bu yüksək dağlıq bölgələrdə ən az 50 %, dəniz kənarı və qarlı ərazilərdə isə bu rəqəm 80 % olmalıdır.

Daha sonra əsasən qəhvəyi eynəklərə üstünlük verin. Bu rəng eynəklər sizi ətrafdakı rəng yanılmalarından qoruyacaq. Qəhvəyi günəş eynəklərinin istifadəsi zamanı ətrafdakı hər şeyi öz rəngində görünürsə, bu keyfiyyətli eynəkdir. Əgər ətrafdakı hər şey qəhvəyi rəngdə görünürsə, onda həmin eynək keyfiyyətsiz və sağlamlığa ziyanlı eynəkdir.

Gözləriniz günə, küləyə qarşı həssasdırsa, “Polarizə” linzalı eynəklərə üstünlük verməyiniz məskəhətdir. Bu tip eynək alarkən, mütləq onun xüsusi test vasitəsilə yoxlanılmasını tələb edin. Günün çox hissəsini televizor və kompüter qarşısında keçirənlər üçün “Antibilik” eynəklər daha məsləhətlidir.

Tarix
2017.07.27 / 00:27
Müəllif
Firuzə Vahidqızı
Oxunub
2 750
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla