Yuxarı

Arıqlamaq üçün möcüzəli yemək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika cərrahları artıq çəkidən əziyyət çəkən insanların əməliyyatdan əvvəl arıqlaması üçün bu şorbanı hazırlayıblar.

Axar.az xəbər verir ki, olduqca effektiv təsir edən bu şorba ilə saxlanılan diyet çox sərt deyil və tez zamanda arıqlamağa imkan verir. Kərəviz diyetinin əks göstərişləri və ya hansısa məhdudiyyətləri yoxdur, bu diyeti hər gün də etmək olar. Müntəzəm istifadə etdikdə kərəviz bərpaedici, cavanlaşdırıcı və hətta təmizləyici təsirlərə malikdir.

Kərəviz diyeti 1 həftə üçün nəzərdə tutulub, bu günlər ərzində üzüm, banan və kartofdan başqa digər meyvə-tərəvəzləri yemək olar. Həmçinin istənilən qədər təmiz su, qazsız mineral su, yaşıl çay və şəkərsiz kofe də içmək olar. Bu diyet zamanı əsas şərt – hər gün bir boşqab bu möcüzəli şorbadan yeməkdir.

Asan həzm olunan kərəviz şorbası diyetik, yağ əridici təsirlərə malikdir və çox faydalıdır.

Kərəviz şorbası üçün lazım olab məhsullar:

- Kərəviz sapı - 400 qr

- Ağ kələm - 0,5 kq

- Baş soğan - 6 ədəd (böyük olmayan)

- Təzə və ya konservləşdirilmiş pomidor - 3 ədəd (orta ölçüdə)

- Yaşıl şirin bibər - 2 ədəd

- Duz, qara istiot.

Hazırlanması:

Tərəvəzlər doğranılır, üzərinə 3 litr su tökülür, zövqə görə duz və biraz qara döyülmüş istiot əlavə edilir. Qazan oda qoyulur, qaynadılır və 10 dəqiqə bişirilir. Bundan sonra od daha zəif edilir və yavaş od üzərində bütün tərəvəzlər yumşalana qədər bişirilir.

Beləliklə, kərəviz şorbası hazırdır.

Nuş olsun!

Tarix
2017.08.03 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla