Yuxarı

Osteoxondrozun müalicəsinə biotənzimləyici təbabətdə yanaşma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terminoloji olaraq onurğanın degenerativ xəstəliyi adlanan osteoxondroz kliniki morfoloji cəhətdən sümüyün süngər maddəsinin aseptik nekrozu ilə gedən, xroniki gedişli və mikrozədələrlə müşayiət olunan osteoxondropatik xəstəliklər qrupuna aiddir.

Axar.az xəbər verir ki, osteoxondropatiya və osteoxondroz zamanı baş verən proseslər fərqlidir. Belə ki, osteoxondropatiyadan fərqli olaraq osteoxondroz zamanı fəqərəarası diskin və ya sümüyün dağılması baş vermir.

Bioloji tənzimləyici təbabət baxımından orqanizm vahid bir sistemdir. Orqanizmin bir nahiyəsində problem olduqda orqanizm bütövlükdə əziyyət çəkəcək. Əgər hər hansı bir boyun fəqərəsi nahiyəsində yerdəyişmə (travma, səmtsiz hərəkət) baş vermişsə, bədənin ümumi mərkəzi oxunu stabil saxlamaq üçün onurğa sütununda oma və bel fəqərələrinin əks tərəfə çevrilməsi baş verəcək. Orqanizmin daha az enerji itkisini və bədənin tarazlığını təmin etmək üçün baş verən bu dəyişikliklər lokal olaraq bel-oma nahiyəsinin və bel fəqərələrinin biomexanikasının pozulmasına və yüklənmənin artmasına səbəb olur.

Boyun osteoxondrozunun yaranmasında döş qəfəsi orqanları, qabırğalar, onurğa sütununun aşağıda yerləşən fəqərələri və kəllə sümüklərinin vəziyyəti də xüsusi əhəmiyyətlidir.

Onurğa sütünunun işinə mənfi təsir edən bir amil də yastıayaqlıqdır.

Bioloji tənzimləyici təbabətdə osteoxondrozun müalicəsində osteopatiya prosedurlarından istifadə olunur. Osteopat həkimin məqsədi orqanizmin normadan kənara çıxdığı nahiyəni aşkarlayıb, səbəbi aradan qaldırmaqdan ibarətdir. Zərif osteopatik prosedurlarla səbəb aradan qaldırılır, biomexanika yaxşılaşdırılır, bədənin özünütənzimləmə sistemi işə salınır. Bu zaman osteopat həkim təkcə osteoxondroz və ya fəqərəarası disk yırtığını müalicə etmir, xəstənin əzələ-skelet-fassial aparatını bütövlükdə müalicə edir, digər orqanlarla əlaqəsini tənzimləyir. Həmçinin, biotənzimləyici preparatların köməyi ilə orqanizmin tənzimləmə sistemi işə salınır, daxili homeostaz balanslaşdırılır, limfa axını normallaşdırılır, innervasiya və qan dövranı bərpa olunur.

Osteoxondrozun uğurlu müalicəsi üçün pasiyentin üzərinə də öhdəliklər düşür. Onurğa yüklənməsinin məhdudlaşdırılması, qida rejiminin optimal-laşdırılması, əmək rejiminin balanslaşdırılması və mütəmadi olaraq idman hərəkətləri məsləhət olunur.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89

Tarix
2017.08.04 / 11:12
Müəllif
Turanə Məmmədli
Oxunub
3 933
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla