Yuxarı

Siqaret satışında inqilabi qərar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu York meri Blumberq vəzifədən gedənə yaxın siqaret lobbisini hirsləndirəcək bir qərar imzalayıb.

Blumberq Nyu York şəhəri daxilində 21 yaşdan aşağı adamlara siqaret satışını qadağan edib. Ən ucuz siqaret paketinin qiymətini isə 10.50 dollara qaldırıb.

ABŞ-da birinci dəfədir ki, bir şəhər 21 yaşdan aşağı adamlara siqaret satışını qadağan edib.

"Axar.az" Amerika mətbuatına əsasən xəbər verir ki, Nyu York meri Maykl Blumberqin vəzifədən getməyinə az qalıb. Siqaretə qarşı müharibə elan edən Blumberq gedənə yaxın daha bir əhəmiyyətli qərar verib.

Nyu York icra hakimliyinin tibbi işçiləri siqaretin satış yaşının 18-dən 21-ə qaldırılmasının gənclər arasında siqaret çəkmə vərdişini azaldacağına ümid edir. Şəhərin tibbi komissarı Tomas Farli bu qərarın, xüsusilə 16 yaş qrupundakı gəncləri siqaretdən qoruyacağını iddia edib.

"Hal-hazırda satış yaşı 18 olduğu üçün məktəblərdə 18 yaşlı uşaq 16 yaşındakı uşaq üçün siqaret ala bilir. 3 ay sonra qərar qüvvəyə minəcək qanunla 16 yaşlı uşaq siqaret satın almaq üçün 21 yaşlı adam tapmaq məcburiyyətində qalacaq. Xüsusilə, məktəblərdə bu mümkün olmayacaq",- Farli deyib.

Tarix
2013.11.20 / 20:03
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla