Yuxarı

Belə bədən quruluşu olan qadınların diqqətinə!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınların bədən quruluşunun bir neçə tipi mövcuddur.

Sağlamolun.az xəbər verir ki, onlardan ən tez-tez rast gəlinən tiplər "alma" və "armud"dur.

Alma bədən quruluşu olan qadının omba və çiyinlərinin eni eyni, beli enli olur. Kökələndə bu qadınlar əsasən qarın nahiyəsindən kökəlir ki, nəticədə bədənin yuxarı hissəsi daha "ağır" görünür.
Armud bədən tipi olan qadınların ombası enli, çiyinləri və döşü dar, beli incə olur. Bu qadınlarda bədənin aşağı hissəsi daha "ağır" görünür.

Piyin qarın nahiyəsində yığılması "alma" bədən tipinin əsas mənfi cəhətidir. Qarın nahiyəsində yığılan piy (visseral piy) daxili orqanları sıxır, onların fəaliyyətini pozur. Bundan əlavə bu piy daha tez qana və həmçinin ürək və qaraciyər kimi orqanlara daxil olur.

Alman həkimlərinin araşdırmaları göstərib ki, "alma" bədən quruluşu olan qadınlarda infarkt, insult və şəkərli diabet kimi xəstəliklərin riski artmış olur.

Əksinə isə "armud" bədən quruluşu olan qadınlarda bu xəstəliklərin riksi daha aşağı olur ki, omba və sağrı nahiyələrində yığılmış piy sağlamlığa ziyan vurmur.

Beləliklə, bədəniniz daha çox "alma"ya bənzəyirsə, sağlamlığınıza qarşı diqqətli olun, artıq çəki yığmayın.

Tarix
2017.08.18 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla