Yuxarı

Yaddaşı gücləndirmək üçün - 9 qayda

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk baxışda qəribə görünsələr də, bu tapşırıqlar sizin həyatınıza bir çox yeniliklər gətirəcək, özünüzü daha yaxşı tanımağınıza kömək edəcək.

1936-cı ildə amerikalı yazıçı Doroti Brand özünün “Oyan və yaşa” kitabında beynin sürətlə işləməsi və zəkanın itiləşməsi üçün bir neçə maraqlı tapşırıqla çıxış edib.

Axar.az Moderator.az-a istinadən xəbər verir ki, bu tapşırıqlar sizə gündəlik və monoton həyat tərzindən uzaqlaşmağa, dünyanın yeniliklərlə dolu olduğunu göstərməyə xidmət edir. Doqquz bir-birindən maraqlı və qəribə tapşırıqları yerinə yetirdikdən sonra yaradıcılıq qabiliyyətinizin artdığını və fantaziyanızın genişləndiyini hiss edəcəksiniz.

1. Bir saat heç nə danışmayın. Yalnız birbaşa suallara cavab verin, amma ətrafınızdakı insanlara heç nə hiss etdirməyin. Özünüzü həmişəki kimi rahat və sakit aparın, heç kimə irad tutmayın, sizdən əlavə informasiya qoparmaq istəyənlərə fürsət verməyin.

2. 30 dəqiqə ərzində yalnız bir mövzu barədə düşünməyə çalışın. Çalışın ki, fikriniz yayınmasın.

3. 15 dəqiqə ərzində “mən”, “mənə” və “mənim” sözlərindən istifadə etməyin.

4. İnsanlarla dolu istənilən bir məkanın qarşısında dayanın və diqqətlə bu məkanın ölçülərini hesablayın.

5. İcazə verin, yeni tanış olduğunuz insan ancaq özü haqda danışsın. Bunu ona hiss etdirməyin. Nəzakətli davranın və müəyyən suallar verərək, ona tək olmadığını xatırladın.

6. Bir gün yalnız özünüz haqda danışmağa cəhd edin. Özünüzü tərifləməyin, şikayətlənməyin və ən əsası, həmsöhbətinizi darıxmağa qoymayın.

7. Özünüzə gündəlik və iki saatlıq plan qurun. Bu sərt qrafikə əməl etməyə çalışın.

8. Özünüzə 12 təsadüfi tapşırıq verin. Məsələn, heç bir nəqliyyat vasitəsindən istifadə etmədən evdən 20 kilometr uzaqlaşın. Və ya 12 saat yeməksiz qalmağa çalışın. Bütün günü bir kəlimə belə demədən keçirin, yalnız suallara cavab verin. Ya da bütün gecə yatmayın və işləyin.

9. Bütün gün ərzində verilən bütün suallara “hə” cavabı verin.

Tarix
2017.08.19 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla