Yuxarı

Vaqif Səmədoğlu ad gününə bir hədiyyə istədi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mə­nə ya­şa­maq yox,
şeir yaz­maq gə­rək­dir…

Bu gün bu gözəl misraların müəllifi, Azərbaycan poeziyasının sözün əsl mənasında nəhəng şairi Vaqif Səmədoğlunun doğum günüdür. 75-in kürəyini yerə vuran sevimli şairimizi biz də təbrik etmək istədik. Sevincindən və həyəcanından danışa bilməyən Səmədoğlunun yerinə ömür-gün yoldaşı Nüşabə xanım cavab verdi: "Başımız qarışıqdır, axşamkı tədbirə hazırlaşırıq. Vaqif doğum günlərində həyəcanlı olur, bu dəfə də eyni həyəcanı yaşayır. Bu da anlaşılandır. Yaş artdıqca ömür qısalır, bu da insanda həyəcan yaradır. Vaqif bu saat həmin həyəcanı yaşamaqdadır".

Onu da öyrəndik ki, doğum günündə şairi ilk təbrik edən də Nüşabə xanım olub: "Gecə saat on ikinin tamamında Vaqifi təbrik etdim, ona arzularımı bildirdim. Uzun illərdir ki, o, ilk hədiyyəsini məndən alır. Bu bir ənənədir, ona kitab bağışlayıram. Daha doğrusu, kitablarını çap etdirib özünə təqdim edirəm. Bu dəfə də belə oldu, onun kitablarını çap etdirmişəm, doğum günü törənində özünə və sevənlərinə hədiyyə edəcəyəm".

Nüşabə xanım Vaqif Səmədoğlunun arzularından da danışdı: "Vaqifin ən böyük arzusu uzun ömürlə bağlıdır. Çox yaşamaq istəyir. Bir dəfə ikilikdə olanda soruşdum ki, neçə il ömür sürmək istərdin? Dedi, 92 il yaşamaq istəyir. Bu sözü deyəndən sonra çox kövrəldi. Elə mən də. Çox istərdim, Allah onun arzusunu yerinə yetirsin" /Publika.az/.

Tarix
2014.06.05 / 12:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla