Yuxarı

Azərbaycanın siqaret çəkən qadınları: 11 faiz hara getdi?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırmalar göstərir ki, hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir. Amerikalı alimlərin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretlə bağlı olacaq. Hər il təxminən 10 milyon insanın ölümünə məhz siqaret səbəb olur.

Daha çox kişilərdə rastladığımız siqaret vərdişinə tutulan qadınların da sayı az deyil. Türkiyə və Rusiya kimi qonşu ölkələrdə qadınların siqaret çəkməsi normal qəbul edilsə də, bizdə bu, birmənalı qarşılanmır. Bu həm sağlamlığa olan mənfi təsirləri baxımından məsləhət görülmür, həm də zərif cinsin nümayəndəsi olaraq onlara yaraşdırılmır. Ancaq buna baxmayaraq, gündəlik həyatda siqaret çəkən qadınlarla tez-tez rastlaşırıq.

Azərbaycan Dövlət Statistika Komitəsinin yaydığı son məlumatda isə ölkə üzrə siqaret çəkənlərin statistikasında qadınların sayı 0,0 faiz göstərilir. Bu hesabla demək olar ki, ölkədə siqaret çəkən qadınlar yox səviyyəsindədir.

Dövlət Staistika Komitəsinin 2014-cü ildə açıqladığı statistik məlumatlarda isə bildirilirdi ki, Azərbaycanda siqaret çəkənlərin 11 faizini qadınlar təşkil edir.

Göründüyü kimi, iki məlumat arasında ziddiyətlər var. Bəs 3 il ərzində siqaret çəkən 11 faiz qadın necə oldu? Hamısı birdən siqaret çəkməyi tərgitdi? Müşahidələr göstərir ki, belə deyil. Siqaret çəkən qadınların sayı nəinki azalıb, hətta artıb.

Dövlət Statistika Komitəsinin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Yaşar Paşa Qaynarinfo-ya açıqlamasına vəziyyəti belə izah edib:

"Mən özüm şəxsən bu məsələni araşdırmışam. Bizim İmişli, Biləsuvar və digər bölgələrimizdə yaşlı qadınlar arasında siqaret çəkənlərə təsadüf olunur. Özü də “Astra” çəkirlər. Düzü, əvvəl inanmadım. İcra başçısı ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirməsini istədim. Müəyyən olundu ki, xanımlar həqiqətən də siqaret çəkir və çox əsilli-köklü ailənin üzvləridir. Səbəb kimi isə “Məndə yel xəstəliyi var. Siqaret çəkməsəm, boğuluram”, deyirlər. Yəni, bu kimi hallara rast gəlmək mümkündür. Ancaq belə xanımların sayı azlıq təşkil etdiyindən statistik hesablamalar zamanı yuvarlaqlaşdırmalar aparılır, bu zaman da dəqiq faiz dərəcəsi 45-64 yaş arası xanımlarda 0,1 faiz göstərildiyindən, digər yaş qrupları 0,0 faiz çıxarılır. Onu da qeyd edim ki, dəqiq hesablama aparmaq da bizim üçün çətindir. Çünki xanımlar bu kimi sualları cavablandırmaqdan boyun qaçırdırlar. Belə də olduqda düzgün statistika müəyyən etmək mümkün olmur”.

Dünyanın bir çox ölkələrində aparılan araşdırmalar zamanı müəyyən olunub ki, siqaret çəkən qadınların dünyaya gətirdiyi uşaqlarda eşitmə zəiflikləri, tənəffüs yollarının natamam inkişafı, çəki artımının ləngiməsi, infeksion xəstəliklər və allergik reaksiyalara meyillik, hipovitaminoz və s. kimi problemlər olur. Bəs Azərbaycan həkimləri nə deyir?

Müraciət etdiyimiz cərrah mama-ginekoloq Zülfiyyə Muradova bildirdi ki, siqaretin ginekoloji cəhətdən heç bir təsiri olmasa da, ziyanları çoxdur:

"Siqaret nikotin deməkdir. Nikotinin isə ginekoloji cəhətdən heç bir zərəri yoxdur. Doğrudur, siqaret çəkən qadınların dünyaya gətirdikləri uşaqlarda hipoksiya əlamətləri aşkar olunur. Bu da ozonoterapiya ilə müalicə olunur. Məsələn, İranda qadınların 80 faizi siqaret çəkir və dünyaya da normal uşaqlar gətirirlər. Qısacası, bronxlarda, ağ ciyərdə yan təsirlər ola bilər. Ancaq ginekoloji cəhətdən xüsusi bir problem müşahidə olunmur”.

Tarix
2017.09.08 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla