Yuxarı

Boyun-çiyin ağrılarının effektli müalicəsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boyun və çiyin ağrıları boyun fəqərələrinin ostroxandrozundan, boyun əzələlərinin gərginliyindən, oynaqlarda olan yırtıqlardan, onurğa sütünundakı şişlərdən və daha çox travmalardan yarana bilər.

Bu sözləri həkim-nevropatoloq Aygün Məmmədova Axar.az-a boyun və çiyin ağrılarından danışarkən deyib. O bildirib ki, bu ağrılar müxtəlif səbəblərdən yarana bilər:

“Fəqərələrin damarları sıxması nəticəsində beyinə az qan gedir. Buna görə, xəstədə baş gicəllənməsi halları ilə yanaşı, həm də boyundan çiyinə ağrılar ötrülür və qulaqda küy əmələ gəlir. Xəstə hətta ağrıdan çox baş gicəllənmədən şikayət edir. Bunun da səbəbi beyinə qanın az getməsidir. Belə xəstələr boyun nahiyəsini bir az masaj etdirməklə ağrının yüngülləşdiyini hiss edirlər. Həmçinin lokal ağrılar olur ki, bu da boyun fəqərəsindən döş fəqərəsinə keçid yerində əmələ gəlir”.

Həkim-nevropatoloq Aygün Məmmədova boyun-çiyin ağrılarına səbəb olan “duzlaşma”dan və onun müalicəsindən də danışıb:

“Bəzən pasiyentlərdə el arasında “duzlaşma” deyilən ostroxandroz xəstəliyinə rast gəlirik. Belə xəstələrdə tez-tez ürək döyünmə və gözlərinin biri böyük, birinin isə kiçik olması halları müşahidə olunur. Bununla yanaşı xəstədə tərləmələr, həyəcan, depressiya hallarına tez-tez rast gəlmək olar. Nevroza bənzər şikayətlər olur. Bəzi xəstələrdə isə sırf onurğanın özü il bağlı olan ağrılar olur ki, ürək ağrısında və təzyiqin yüksək olmasından şikayətlənirlər. Belə şikayətləri olan insanların özləri belə fikirləşmir ki, onlarda boyun ostroxandrozudur. Ona görə, əvvəlcə ürək həkiminə müraciət edirlər. Kordioloq kordiqrama edir, amma ürəkdə heç bir problem aşkar etmirlər. Çünki problem ürəkdə deyil, onurğa sütunundadır. Bu cür ağrıları olan şəxslərin müalicəsi üçün bizdə biotənzimləyici preparatlar var ki, qığırdaqdan, sümükdən alınmış əzələnin bərkliyini və sinir uclarının qıcıqlanmasını aradan götürür. Həmçinin qan dövranını yaxşılaşdırır. Bu preparatlar ziyansızdır və aslılıq yaratmır. Kimyəvi dərmanlardan fəqli olaraq mədədə qanaxması baş vermir, qaraciyərə, sümüyə və qan yaranma prosesinə təsir etmir. Bu preparatlardan hamilə qadınlar, süd verən anallar və azyaşlılar da istifadə edə bilərlər. Bu cür preparatları şpris vasitəsi ilə bioloji aktiv nöqtələrə vururuq. Biz xəsətliyin dərəcəsindən aslı olaraq pasiyentlər üçün seanslar təyin edirik. Müalicənin effekti isə hər zaman müsbət olur”.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89

Tarix
2017.09.08 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla