Yuxarı

Cinsi bilinməyən körpəni oğlana çevirdi - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəxanaya gətirəndə "cinsi bəlli deyil, bu uşağın gələcəyi yoxdu" dedilər, ancaq həkimlərin səyi nəticəsində uşaq xəstəxananı sağlam oğlan uşağı olaraq tərk elədi.

Anadan yenicə doğulan uşağı əməliyyat edən Mərkəzi Klinik Xəstəxananın həkimi Fuad Hüseynov maraqlı tibbi hadisənin təfərrüatını Xəzər Xəbər-ə danışıb. Onun sözlərinə görə, uşaq xəstəxanaya daxil olarkən onun gələcəyi ilə bağlı ailənin heç bir ümidi olmayıb.

Həkimlər problem olsa belə, onun həll edilə biləcək səviyyədə olduğunu bildiriblər və gərgin analizlərdən sonra uşağın üzərində cərrahi əməliyyatın aparılmasına qərar verilib.

Fuad Hüseynov bildirir ki, əməliyyat uğurla icra edilib və balaca uşağın gələcək həyatında heç bir problem olmayacaq. O, yaşıdlarından heç nədə geri qalmayacaq. Belə xəstələrin yeni doğularkən əməliyyatla sağalmaq imkanlarının daha böyük olduğuna diqqət çəkən Fuad Hüseynov bu məsələdə valideynləri gecikməməyə, dərhal həkimə müraciət etməyə çağırır.

Həkimin sözlərinə görə, belə uşaqların doğulmasına əsas səbəb qohum evliliyi, ekoloji təsirlər və dölün 7-8-ci aylarda inkişafında yaranan problemlərdir. Odur ki, səbəb nə olursa olsun, valideynlər uşaqlar doğulan kimi dərhal cərrahi müdaxilə üçün həkimə müraciət etsinlər ki, problem böyümədən onun həllinə nail olmaq mümkün olsun.

Tarix
2017.09.09 / 01:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla