Yuxarı

Tənqidimizin Arifi ağır vəziyyətdə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arif Əmrahoğlunun səhhəti təxminən on gündür ki, pisləşib. Hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur".

Bu sözləri Axar.az-a Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas-tənqidçi Arif Əmrahoğlunun həyat yoldaşı onun səhhəti ilə bağlı danışarkən dedi. Onun sözlərinə görə, hazırda A.Əmrahoğlunun vəziyyəti nisbətən normaldır:

"Həkimlərin dediyinə görə, vəziyyəti getdikcə yaxşılaşır. Durumu stabildir, çox şükür. Hazırda sistem altındadır deyə, danışmaq imkanı yoxdur".

A.Əmrahoğlunun həyat yoldaşının sözlərinə görə, hələ ki, bir müddət müalicəsi davam edəcək:

"Mədəsində yaranmış problemlə bağlı müalicə alır. Müalicə Milli Onkologiya Mərkəzində aparılır. Tez-tez dostları, yoldaşları gəlir yanına. Ad çəkmək istəmirəm. Kimlərisə deyərəm, kimsə yadımdan çıxa bilər. Ancaq sağ olsunlar, bizi tək qoymurlar".

Xatırladaq ki, Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. O, hazırda Azərbaycan Yazıçılar Birliyinin katibidir. Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri namizədi olan tatnınmış ziyalı A.Əmrahoğlu Azərbaycan Universitetində və Bakı Dövlət Universitetində dərs deyir.

Allah şəfa versin!

Tarix
2014.06.12 / 15:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla