Yuxarı

Ağrılardan qurtulmağın rahat, effektiv yolu - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deformasiyaedici osteoartroz onurğa sütunu və ətraf orqanların distrofik dəyişikliyi ilə müşahidə olunan xəstəlikdir. Bu xəstəliyin əsasında oynaq qığırdağının degenerasiyası, yəni tam məhv olması durur.

Bu sözləri Axar.az-a osteoartroz xəstəliyi haqqında danışan terapevt-travmatoloq Əli Əlizadə deyib. O bildirib ki, osteoartrozun 4 inkişaf mərhələsi var və ilk mərhələdə xəstələr zədələnmiş oynaqlardan şikayətlənirlər:

“Osteoartrozlu xəstələrdə ağrılar əsasən, çox hərəkət zamanı artır, dincələrkən keçir. Xəstəliyin gedişi uzunmüddətlidir, simptomlar çox yavaş-yavaş artdığı üçün xəstə, sanki öz xəstəliyinə adət edir. 1-ci halda ümumi yorğunluq fonunda toksiki və infeksion təsirlərdən, soyuq temperaturdan ağrılar tədricən güclənir və oynaqlarda şişkinlik əmələ gəlir. 2-ci halda isə qəflətən oynağın blokadası baş verə bilər. Bu zaman kəskin ağrılar başlanır və oynaq hərəkəti mümkünsüz olur. Belə halda bir neçə dəqiqə sakit, hərəkətsiz dayandıqda ağrılar tamamilə keçir. Bu vəziyyət getdikcə periodik hal alır. Bir müddət sonra həmin oynaqda deformasiya müşahidə olunur. Ümumiyyətlə, osteoartroz zamanı patoloji proses tək oynaq qığırdağını əhatə etmir. O, bütün oynağı, həmçinin, subxondral, sümük, bağlar, kapsul, sinovial qişa və ətraf əzələləri bürüyür. Son nəticədə oynağın degenerasiyası baş verir. Qığırdağın dağılmasına gətirib çıxaran patoloji mexanizm oynağın əsas hissəsini təşkil edən zülalın –proteoqlikanların mübadiləsinin pozulması hesab olunur. Bu xəstəliyin əmələ gəlməsinə birbaşa və bilavasitə təsir edən faktorlar var. Genetik və ya endokrin faktorlar (məsələn, klimaksdan sonrakı dövrdə bu xəstəliyə daha tez-tez rast gəlinir), oynağın daima qeyri-adekvat fiziki yüklənməsi nəticəsində alınan mikrotravmalar birbaşa xəstəliyin əmələ gəlməsinə şərait yaradır. Bilavasitə təsir edən amillər isə qığırdağın zədəsi, əzələ və bağların zəifliyi, əvvəllər keçirilmiş artritlərdir”.

Həkim Əli Əlizadə xəstəliyin diaqnostikasının R-qrafik, ultrasəs müayinəsi və ya MRT müayinə vasitəsi ilə həyata keçirildiyini bildirib:

“Belə xəstələrin müalicəsi zamanı indiyədək ağrıkəsici preparatlardan, yaxud hormonal preparatlardan istifadə edilirdi. Bəzən oynaq boşluğunda hormonal preparatların yeridilməsi xəstədə tez bir zamanda ağrıların kəsməsinə, hərəkətin tamamilə bərpa olmasına gətirib çıxarır. Ağrıların bu üsullarla dayandırılması xəstəni aldatmaqdan başqa bir şey deyil. Çünki ağrıların müvvəqəti dayandırılması zamanı xəstə çox hərəkət edir və zədəli oynaq qeyri-adekvat yüklənir, nəticədə onsuz da gedən degenerasiya prosesi daha da sürətlənir və sonda tam deformasiya, yəni oynaq kapsulunun tam dağılmasına gətirib çıxarır. Biz deformasiyaedici osteoartroz müalicəsinə tamamilə fərqli yanaşırıq. Bu yanaşma xəstəyə heç bir ziyan vurmadan, kimyəvi preparatlardan istifadə etmədən, hormonal preparatlardan və ağrıkəsicilərdən kənar biotənzimləyici preparatları ilə müalicədən ibarətdir. Bu preparatlar Almaniyada istehsal olunmuş və yüksək keyfiyyətə malikdir. Biotənzimləyici preparatlardan başqa bu xəstəliyin müalicəsində artıq bütün dünyada geniş istifadə olunan PRP (Platelet Rich Plasma) üsulundan da istifadə edirik. Bunlarla yanaşı, müalicəsi zamanı xəstənin çəkisi nəzarətdə saxlanılır, fizioterapiya və müalicəvi idman hərəkətləri məsləhət görülür. Bütün bu müalicə üsullarından istifadə etməklə degenerasiya prosesi regenerasiya prosesi ilə əvəzlənir, nəticədə, qığırdaq toxuması əmələ gəlir, xəstənin yaşından, çəkisindən, deformasiyanın mərhələsindən asılı olaraq oynaq qığırdağı qismən və ya tam bərpa olunur. İnanılmaz olsa da, bu, faktdır”.

Ünvan: Bakı, 3 mkr., Pişəvəri 110 (Cavadxan küç. 24), Memar Əcəmi metrosunun yaxınlığı.

Telefon: (012,050,055,070) 430 89 89

Tarix
2017.09.19 / 16:02
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla