Yuxarı

Hindqozundan hazırlanan yağ necə istifadə olunur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindqozu yağı, doğru istifadə edildiyi zaman möcüzəvi bir antioksid funksiyasını yerinə yetirir. Sağlamlığınıza və gözəlliyinizə böyük faydaları var. Bəs hindqozu yağını necə istifadə edəcəksiniz?

1- Bütün hindqozu yağları eyni deyil

Qatqısız, saf və orqanik hindqozu yağlarını seçin.

2- Saç maskası üçün istifadə edin:

Hindqozu yağının içində olan komponentlər saç gövdəsində yaranan qırılmanın qarşısını alır. Saça güc və elastiklik verir.

3- Saçınızda hindqozu yağı varkən saçınızı qurutmayın:

Bu, saçınızın yağlı görünməsinə səbəb ola bilər.

4- Dərinizi nəmləndirir:

Orqanik hindqozu yağını az miqdarda əlinizə töküb, bədəninizə çəkə bilərsiniz. Çatlamış əl və topuqlar üçün də idealdır.

5-Üzünüz üçün seçməniz məsləhət deyil:

Əgər üzünüzdə akne və ya dərinizdə istəmədiyiniz məsamə problemləri varsa, bu yağı üzünüzə çəkməniz dərinizi daha kobud, xoşa gəlməyən hala sala bilər.

6- Yeməklərin hazırlanmasında da istifadə edin:

Yağı maye halda salatlara, qatı halda isə kərəyağı yerinə istifadə edə bilərsiniz.

Tarix
2013.11.22 / 04:42
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla