Yuxarı

Xəstəxanadakı müəmmalı foto ilə bağlı rəsmi açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən sosial şəbəkələrdə Masallı rayon xəstəxanalarından birində yerləşən müəmmalı otağın fotosu yayılıb.

Fotoda görünən budur ki, otağın qapısının ağzına şkaf qoyulub və otağa girmək üçün mütləq şkafın içindən keçməlisən. Eyni halda şkafın qapısı bağlananda isə otağın olması tamamilə bilinmir.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli müəmmalı qapı ilə bağlı açıqlama verib.

Nazirlik rəsmisi bildirib ki, sözügedən foto ilə bağlı Masallı rayon baş həkimi ilə əlaqə saxlayıb.

Həkimlərin də fotonu internetdə gördüklərini söyləyən Anar Qədirli, "Foto Masallı rayon xəstəxanasında lentə alınmayıb. Xəstəxanada təmir işləri getdiyi üçün müvəqqəti olaraq başqa bir binaya köçürülüb. Müvəqqəti yerləşdikləri həmin binada isə belə bir otaq var," – deyə bildirib:

"Əvvəla oranın nə kimi istifadə olunduğunu bilmirəm. Lakin hazırda həmin otaqdan palata kimi istifadə edirlər. Lakin bilmirəm nəyə görə qapının qarşısına şkaf qoyulub".

Azadxeber.net

Tarix
2014.06.16 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla