Yuxarı

Kərə yağından imtina edək? – Xeyri və ziyanı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keyfiyyətli inək südündən hazırlanmış kərə yağı insan orqanizmi üçün çox faydalıdır.

Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev bahalaşdığı üçün kərə yağından imtina barədə yazılanlara münasibət bildirərkən qeyd edib. O bildirib ki, kərə yağının qiymətinin artması insanlarda bu məhsulun istehlakı barədə tərəddüd yaradıb:

"Kərə yağının tərkibindəki vitaminlər (A,E,D,B qrup) saçın, dişlərin, sümük sisteminin, dərinin inkişafında xüsusi rol oynayır. Beyin hüceyrələrinə və mədə-bağırsaq sisteminə müsbət təsir edir. Qadınlarda reproduktiv funksiyanı normallaşdırır. Uşaqlarda cinsi hormonların yetişməsi üçün faydalıdır”.

Pediatr vurğulayıb ki, amma xolesterini artırdığına görə ürək və beyin damarlarına mənfi təsiri haqqında mübahisələr bu gün də səngimir:

“Sadəcə, bu təsirlərdən qorunmaq üçün kərə yağından rasional istifadə etmək lazımdır. Gündə 15-30 qr. Biz isə kərə yağından bu qayda ilə istifadə etmirik. Bütün günü yağlı yeməklər yeyib axşam saat 11-də üstündən aş da istəyirik. Bütün günü kərə yağında hazırlanan qızardılmış və çətin həzm olunan yeməklərdən istifadə etmək zərərlidir”.

Pediatr satışda olan müxtəlif qiymətlərlə satılan kərə yağlarının olmasına da diqqət çəkib:

“Ucuz qiymətə təklif edilənlər birmənalı olaraq keyfiyyətsizdir. Onların tərkibində orqanizmə ziyan verən müxtəlif qatqılar var. İnsanlar bu tipli kərə yağlarından istifadə etməsələr yaxşı olar. Kərə yağından istifadə edək, amma aşırı miqdarda yox”.

Tarix
2017.10.11 / 01:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla