Yuxarı

Xədicə qəzadan sonra bilmədiyi dildə necə danışdı? - Müəmma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ağır avtomobil qəzası keçirən 27 yaşlı Xədicə adlı xanım 10 gün reanimasiyada qaldıqdan sonra rus dilində sərbəst danışmağa başlayıb. Hadisə 2 uşaq anası olan Xədicə Tatlıərin yaxınlarını çox narahat edib. Ailəsinin sözlərinə görə, qəza keçirən qadın rus dilini ümumiyyətlə bilməyib. Qəzadan sonra isə rus dilində səlis danışmağa başlayıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən həkim-nevropatoloq Aygün Məmmədova bildirib ki, belə halların baş verməsi mümkündür və bu, beyin hüceyrələrinin aktivləşməsi ilə əlaqədardır:

“Beynimizdə çoxlu funksiyalar dayışan hüceyrələr var. İnsan beyninin 100 faizindən cəmi 25 faizi işləyir. Yəni hələ nə qədər beyin hüceyrəsi var ki, onlar işləmir. Ancaq insan ağır travma alanda, ağır qəza keçirəndə, komaya düşəndə və ya başına bu kimi ağır olaylar gələndən sonra beyində bəzi hüceyrələr var ki, onlar məhv olur. Əvəzində indiyə qədər işlək olmayan, donmuş beyin hüceyrələri çalışmağa başlayır. Bu təkcə nitqə aid olan hüceyrələrə aid deyil, əlbəttə. Sadəcə, insan ayılandan sonra ilk nəzərə çarpan onun danışığı olduğu üçün ən çox qazanılmış bu qabiliyyətdən söz açılır. Lakin ola bilər ki, komadan ayılan insanın rəssamlıq qabiliyyəti ortaya çıxsın və ya bəstəkarlıq etməyi bacarsın. Bütün bunlar beynin yatmış hüceyrələrinin bir travmadan sonra ayılması nəticəsində baş verir. Bir qəzadan sonra insan beyni yenilənir”.

Nevropatoloq bildirib ki, dünya elmi bununla bağlı hələlik tam bilgiyə sahib deyil və dünya alimləri indi də bununla bağlı araşdırmalar aparırlar. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda belə hala rast gəlinməyib:

“Belə faktlara dünyada tez-tez rast gəlinsə də, Azərbaycanda qeydə alınmayıb. Ancaq bir körpədə qorxudan karlıq yaranmışdı. Burada ona 4-cü dərəcəli kor diaqnozu da qoyulmuşdu. Alman mütəxəssislər uşağı müayinə edəndən sonra bildirdilər ki, uşaqda karlıq yoxdur. O eşidir, sadəcə, beyin eşitdiklərini qəbul etmir. Alman həkimlərinin yazdığı müalicə üsulu və dərmanlarla kar diaqnozu qoyulan körpə eşitməyə başladı. Yəni körpə böyük qorxu səbəbindən beyninin bəzi funksiyalarını itirmişdi. Düzgün seçilmiş müalicə beynin həmin funksiyalarının yenidən canlanmasına səbəb oldu”.

Qeyd edək ki, ağır kəllə-beyin travmaları zamanı insanların heç bilmədikləri dildə asanlıqla danışma hallarına bir neçə dəfə rast gəlinib. 1940-cı ildən bu günə qədər cəmi 60 xəstədə belə dəyişiklik müşahidə edilib. Türkiyədə baş verən olay isə 61-ci belə faktdır.

Tarix
2017.10.10 / 23:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla