Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2017


Ölkədə kəskin virus yayılıb: Necə qorunaq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Havaların soyuması ilə Azərbaycanda da bu virusa yoluxma halları həddən çox artıb.

Bu sözləri Axar.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının həkim-terapevti Arzu Musayeva ölkədə yayılan kəskin virusla bağlı danışarkən deyib. A.Musayeva bildirib ki, dünyada bu virusların infeksiya sayı artdığı üçün daha ağır formada müşahidə edilir:

“Havanın temperaturu aşağı endikcə respirator virusların artması müşahidə edilir. Ancaq bu virusların təsirləri ildən ilə dəyişir. Xəstəliyin kəskinləşməsinə səbəb xaricdən ölkəyə xeyli sayda turistin gəlməsi və tətildən dönənlərin özləri ilə getdikləri ölkədə yoluxduqları hər hansısa virusu gətirmələridir.

Bu gün ölkədə əhalinin çox hissəsinin yoluxduğu xəstəlik hava və damcı yolu ilə keçən virusdur. Bu qədər kütləviləşməsinə səbəb isə yayılma ehtimalının yüksək olmasıdır.

Bu xəstəliyə daha çox immun sistemi və qanı aşağı olan, soyuqlayan və ac, yorğun, yuxusuz adamların yoluxma ehtimalı çox olur. Kütləvi yerlərdə olan insanlarda bu virusa yoluxma halları çox yüksəkdir. Bu cür virusların aktiv olduğu zamanlarda kütləvi yerlərdə mümkün qədər az olmaq lazımdır”.

Həkim-terapevt məsləhət görür ki, kəskin respirator infeksiya xəstəliyindən qorunmaq üçün immun sistemini möhkəmlədən qidalara üstünlük verilməli, vitaminli qidalar qəbul edilməlidir:

“Qanı az adamların belə viruslara yoluxma ehtimal çox olduğuna görə, qan artıran qidara üstünlük verilməlidir. Mümkün qədər ac və yuxusuz qalmayın. Çünki xəstəlik ac və yorğun insana daha tez yoluxur. Əlləri tez-tez yumaq, öskürən və asqıran zaman ağzı tutmaq lazımdır. Tibbi maskalardan mümkün qədər çox istifadə edilsə, yaxşı olar”.

Yoluxma halı artıq baş veribsə, həkim-terapevt məsləhət görür ki, dərman qəbul etməzdən öncə çoxlu maye qəbul edilməlidir:

“Xüsusilə zəncəfilli, limonlu, nanəli çay qəbul edilməlidir. Zoğal, gicitkən, malina kimi bitkilərin mürəbbələrindən tez-tez istifadə etsələr, daha yaxşı olar. Bizim əhali adi qızdırma və öskürəkdə belə antibiotiklərdən istifadə etməyə üstülük verir. Ancaq bundan ümumiyyətlə qaçmaq lazımdır. Qrip, respirator infeksiyalarında antibiotiklərdən istifadə edilməməlidir. Həmin infeksiya angina, bronxit və plevmaniya kimi kəskin fəsadlar verərsə, o zaman həkim məsləhəti ilə antibiotiklərə müraciət etmək olar”.

Tarix
2017.10.12 / 12:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
loading...
Digər xəbərlər

Körpələri xəstəlikdən necə qoruyaq? – Həkim

Soğan suyu saç tökülməsinin qarşısını alır

Virusa yoluxmamaq üçün… - Həkim

Bakıda klinika Əliyevanı tanınmaz hala saldı – Foto

Qışda dəriyə necə qulluq edilməlidir?

Qripdən qorunmaq üçün bunu etməyin – Ölüm riski...

Sonsuzluqdan əziyyət çəkən xanımların nəzərinə!

Xərçənglə bağlı daha bir faktın üstü açıldı

Azərbaycan Belarusla milyonluq müqavilə imzaladı

Gözlərinizin nurunu qorumaq üçün bunları edin

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla