Yuxarı

Qışda dəriyə necə qulluq edilməlidir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaydan sonra havaların dərhal soyuması saçlarımız və dərimizi əsararəngiz payızın təravətli küləyindən məhrum etdi. Anidən düşən soyuq havalar dərimizə və saçlarımıza mənfi təsir göstərdi.

Axar.az sizə dərinizi və saçlarınızı soyuq havalarda müdafiə etmək üçün kosmetoloqlardan bir sıra məsləhətləri təqdim edir:

Kosmetoloqlar bildirir ki, soyuğun təsirindən dəridə qızarma, gərilmə, çatlama və qurumanın qarşısını almaq üçün üz və əlləri ilk növbədə soyuqdan qorumaq lazımdır.

Qış aylarında dərini qorumaq üçün istifadə edilən kosmetik vasitələr də çox önəmlidir. Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində “qoruyucu” və “qış üçün” qeydləri olur. Bundan əlavə, kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydə də mütləq fikir vermək lazımdır.

Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur. Qışda daha çox süd və bal tərkibli vasitələrə üstünlük verilməlidir. Qış aylarında daha çox qoruyucu tərkibli, tərkibində A, C vitamini olan kosmetik vasitələrdən istifadə edilsə, yaxşı olar. Mütləq üzdən makiyajı təmizləyərkən kosmetik süddən istifadə edilməli və dəriyə gecə kremi çəkilməlidir.

Qışda soyuğun ən çox təsir etdiyi bədən üzvü dodaqlardır. Dodaqların dərisi zərif olduğu üçün şaxtanın təsirindən tez çatlayır, yara olur. Qışda dodaqları qorumaq üçün tərkibində A vitamini olan dodaq boyasından istifadə etmək lazımdır. Bundan əlavə, gecələr dodaqlara zeytun yağı çəkib yatmaq lazımdır. Bu, dodaqların qurumasının qarşısını alacaq.

Bir çox insan kosmetik vasitələrdən düzgün istifadə etmir. Unutmaq olmaz ki, hər bir kremin tərkibinə (o cümlədən də qış kremlərinin) su daxildir. Bu səbəbdən hətta qış kremləri evdən çıxmazdan ən azı 30 dəqiqə əvvəl çəkilməlidir. Bu bütün su ilə olan prosedurlara da aiddir. Əks halda dəriniz qabıq verəcək və çatlayacaq.

Qış aylarında skrablardan tez-tez istifadə etmək olmaz.

Qışda istifadə etdiyiniz dekorativ kosmetikada da müəyyən dəyişiklikər etmək lazımdır. Belə ki, pudra əvəzinə krem-pudradan, dodaq üçün olan parıltını yağlı pomada ilə əvəz etsək, daha yaxşı nəticə əldə edərik. Kosmetika dəridə qoruyucu təbəqə yaradır və dəriniz daha yaxşı müdafiə olunur.

Yay mövsümündə günəşin və dəniz suyunun təsiri ilə saçlar korlanır və qırılıb tökülməyə başlayır. Buna görə də qış fəslində saçları yenidən gücləndirməyə çalışmalıyıq. Bunun üçün saç tiplərinə uyğun maska və balzamlardan istifadə etmək yerinə düşər.

Tarix
2017.10.15 / 02:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla