Yuxarı

Afət Telmanqızı: "Səhiyyə Nazirliyi donmuş vəziyyətdədir"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS telekanalının əməkdaşı Afət Telmanqızı bir müddət əvvəl prezident İlham Əliyevə müraciət ünvanlamışdı. O qeyd etmişdi ki, gəlinləri Pərvinə Hüseynova Sumqayıtdakı 1 saylı doğum evinin həkimlərinin məsuliyyətsizliyi ucbatından vəfat edib:
"Xəstəxananın həkimləri oktyabrın 4-ü heç bir tibbi göstəriş olmadan səbəbsiz yerə xəstə üzərində qeysər əməliyyatı həyata keçiriblər. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Xəstəni ağır vəziyyətdə Bakıya Mirqasımov adına Respublika Xəstəxanasına gətirdik. Burda müayinə zamanı bizə dedilər ki, əməliyyat zamanı xəstə çoxlu qan itirib. Xəstənin bədənində cift qalığı qalıb və bu da bədəndə zəhərlənmənin yaranmasına səbəb olub. Bu xəstəxanada da həkimlər xəstəmizin həyatını xilas edə bilmədilər. Xəstə üzərində vaxtında tibbi müayinə aparmadılar. Xahiş edirəm bu işi nəzarətinizə götürəsiniz. Bir ananın ölümünə səbəb olanlar, bir körpəni anasız qoyanlar cəzalandırılsın, həkim adından məhrum edilsin".
Noyabrın 22-də "Media forum" saytına danışan Afət Telmanqızı deyib ki, iş nəzarətdədir:
"Araşdırmanı Yasamal Rayon Prokurorluğu aparır. Baş prokuror Zakir Qaralov prosesi nəzarətə götürüb. Noyabrın 20-də Sumqayıt şəhər 1 saylı doğum evinin həkimi Vidadi Həsənovun və iki ginekoloqun izahatı alınıb. Doğum evinin baş həkimi İmmi Ələkbərova, əməliyyatı aparan həkim Sevda Xanbutayeva, şöbə müdiri Məmməd Əsgərov və anestezioloq da gəlib ifadə verməlidir. Səhiyyə Nazirliyi isə donmuş vəziyyətdədir. Guya doğuşa yardım komissiyası işi araşdırır. Az qalıb gəlinin qırxı çıxa, amma ortalıqda bir açıqlama yoxdur".
Tarix
2013.11.22 / 16:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla