Yuxarı

Virusa yoluxmamaq üçün… - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkədə yayılan kəskin respirator virusa yoluxmamaq üçün pediatr Vaqif Qarayev maraqlı məsləhətlər verib. Həkim əlləri tez-tez yumağı tövsiyyə edib.

Axar.az xəbər verir ki, pediatr V.Qarayevin sözlərinə görə, bütün xəstəliklər çirkli əllər səbəbilə yayılır və yoluxur. Həkimin sözlərinə görə, xəstəliktörədicilərlə ən zəngin yer insanın əlləridir:

“Kassasız işləyən mağazalarda satıcılar əlləri ilə istənilən qida məhsuluna toxunurlar. Bütün günü əlləri pulla oynayır. Siz aldığınız pendiri, şoru, qaymağı, hətta yağı evdə yuyursunuzmu? Yox! Bu ərzaqlar çox vaxt küçədə açıq havada tozun-torpağın altında satılır”.

Həkim xəstəliyə yoluxmamaq üçün alınan qidalara və onların açıq və ya qablaşdırmada satıldığına da əhəmiyyət verilməli olduğunu bildirib:

“Çörəyin qablaşdırılması və daşınmasına fikir vermisinizmi? Şəxsi avtomobillərin çirkli yük yerinə və arxa oturacağa çirkli əllərlə daşınır. Dükanlarda eyni əllərlə rəflərə atılır.

Restoranlarda, mərasim evlərində xidmətçilərin əllərinə, dırnaqlarına fikir vermisinizmi? O da çirklidir. İndi yayılan viruslara da yoluxmamaq üçün əllər tez-tez yuyulmalıdır. Qoruyucu maskalara çox da əhəmiyyət verməyin. Virusun keçməsində maskalar o qədər də böyük rol oynamır. Əsas əllərinizi tez-tez yuyun”.

Tarix
2017.10.17 / 00:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla