Yuxarı

İnsanı dəli edən narkotik maddə - Həkimlər çarəsizdir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkomaniya dövrümüzün ən böyük bəlalarından biridir. Narkotik maddələrdən asılı olan insanların sayı isə getdikcə artır. Buna təsir göstərən əsas faktor bəzi narkotik maddələrin ucuz olmasıdır. Hazırda başda ABŞ olmaqla, bir çox ölkələrdə sintetik narkotik maddələrdən istifadə çox geniş yayılıb. Bu silsiləyə daxil olan maddələr içərisində flakka ən təhlükəlisi hesab olunur. Rusiyada istehsal olunduğu deyilən süni narkotik vasitənin ən geniş yayıldığı ölkələr ABŞ və Braziliyadır. “İnsanı zombiyə çevirən maddə” başlığı ilə internetdə yayılan informasiyalar insanlarda bu maddəyə olan marağı artırır.

Mütəxəssislər flakkanı Alpha-PDP kimyəvi birləşməli maddə hesab edirlər. Bu narkotik istifadəçilərinə artıq Türkiyədə də rast gəlinir. İri duz kristalına bənzəyən, istifadəçilərinin 30%-dən çoxunda asılılıq yaradan flakkanın ən təhlükəli tərəfi isə bu narkotikdən istifadə edən insanlarda başqa canlılara zərər vermək hissiyyatı formalaşdırmasıdır. İstifadəçiləri normal insanlardan 5-10 qat daha güclü olurlar. Onlarda zamanla hallüsinasiyalar, şiddətə, intihara meyillilik, qəribə hərəkətlər müşahidə olunur. Davamlı istifadəsi zamanı böyrəkləri sıradan çıxardır, beyinə böyük ölçüdə zərər vurur.

Süni narkotik vasitələrin zərərləri və onlarla mübarizə üsulu barədə Axar.az-a danışan həkim Asif Kəngərli bildirib ki, bu maddə aludəçilərində ölüm riski xeyli yüksəkdir:

“Günümüzdə yeni narkotik maddələr sintez olunur və bazara çıxarılır. Bu maddələrin istehsalı narkobaronlar tərəfindən maliyyələşdirilir. Onların əsas məqsədi insanlarda sintetik maddələrə qarşı asılılıq yaratmaq və bu məhsulların satışını artırmaqdır.

Məsələn, bu qəbildən olan bonzai Çində istehsal olunur. Beyinə zərər vuran, davranışı korlayan bu maddənin istifadəçiləri cəmiyyətdə insanlara qarşı şiddət göstərməyə meyilli olurlar. Aqressiya o həddə çatır ki, adam özünü binadan atır və yaxud da yaxın adamlarını öldürməyə cəhd edir.

Hazırda bonzai istifadəçisi bir şagirdin müalicəsi ilə məşğul oluruq. Sözügedən maddə 16 yaşlı yeniyetməni elə bir hala salıb ki, düzəlib-düzəlməyəcəyini müəyyənləşdirə bilmirik. Ailəsi də pərişandır. Uzun müddətdir ki, müalicəni davam etdirməyimizə baxmayaraq, hələlik bir nəticə əldə edə bilməmişik. Bu dərmanlar insanı dəlilik həddinə çatdırır. Son vaxtlar “şüşə” adlanan kimyəvi maddələrdən və ən çox İrandan gələn yüksək dozada dərmanlardan asılılıq xeyli artıb”.

Mütəxəsisin sözlərinə görə, sintetik uyuşdurucular adi narkotik vasitələrdən daha təhlükəlidir:

“Adi narkotik vasitə sintetik uyuşduruculardan bir qədər baha olur. Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii olanlara nisbətən daha çətindir. Süni narkotik maddələrə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Bununla yanaşı, insanların psixoloji problemləri də həll edilməlidir. Narkotik aludəçisi olan xəstələr daim həkim nəzarətində olmalıdır. Əsas məsələ odur ki, xəstənin özünün sağalmağa meyili olsun. Onu da deyim ki, bu maddə istifadəçiləri olan yeniyetmələrin müalicəsi nisbətən çətin olur. Çünki onlar yenicə həyatı dərk etməyə başlayanda bu maddənin cənginə düşürlər və qurtulmaq o qədər də asan olmur.

Sintetik uyuşdurucu istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olsa da, müalicəsi tamamilə mümkünsüz deyil. Müalicə zamanı xəstədən iradəli olmaq tələb olunur. Bundan əlavə, xəstəyə yaxınlarının dəstəyi də çox önəmlidir”.

Tarix
2017.10.20 / 01:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla