Yuxarı

Uşağı keçəl etmək saçını gurlaşdırırmı? – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saçı seyrək olan uşaqların başının keçəl qırxılmasının heç bir əhəmiyyəti yoxdur. Uşağın keçəl edilməsi saçını gurlaşdırmır.

Axar.az xəbər verir ki, bu barədə pediatr Altay Abdullaoğlu valideynlərin illərdir təkrarladığı yanlışlar barədə danışarkən deyib. Həkim bildirib ki, uşağın saçı anadangəlmə seyrəkdirsə, bunu uşağın keçəl etməklə gurlaşdırmaq mümkün deyil:

“Müxtəlif faktorlardan aslı olaraq, uşaqların saçı seyrək və ya gur ola bilər. Uşaqların saçının seyrək olması çox vaxt valideynləri narahat edir. Bu halda övladlarının saçlarını keçəl və ya çox qısa olaraq kəsdirirlər. Bu yanaşma doğru deyil. Çünki saçın belə kəsdirilməsi uşaqların saçlarının gurlaşması üçün şərait yaratmır və tibbi bir keçərliliyi yoxdur. Əksinə, uşaqların saçlarının qısa (keçəl) kəsdirmək onların psixologiyasına mənfi təsir edir. Xüsusilə də qız uşaqları saçları qısa olduğu üçün özgüvən problemi yaşaya bilirlər”.

Bu baxımdan həkim valideynlərə daha diqqətli olmağı məsləhət görüb.

Tarix
2017.10.20 / 01:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla