Yuxarı

Kərə yağı deyil, zəhər yeyirik – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərə yağı adı altında satılan ucuz qidalar əslində sintetik məhsullardan hazırlanmış yağa bənzər maddələrdir.

Axar.az xəbər verir ki, bu sözləri medicina.az-a qida mütəxəssisi, həkim-dietoloq Leyla Zülfüqarlı mağazalarda ucuz qiymətə satılan müxtəlif çeşidli yağların keyfiyyətindən danışarkən deyib.

Dietoloqun sözlərinə görə, saxta yağlar ürək, qan-damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur: "Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu gün ölkədə satılan yağların 80 faizini trans yağları təşkil edir”.

Həkim bildirib ki, bərk yağa bitki yağı əlavə edərək yeni yağ hazırlayıb satışa çıxarırlar. Bu da insan orqanizmi üçün həddən artıq ziyandır:

“Doymuş və doymamış yağ turşularını bir-birinə qatışdıraraq hazırlanan kərə yağları vücud üçün zərərdən başqa bir şey deyil. Bərk yağa bitki yağı əlavə edilir. Orjinal yağın tərkibi isə bir olmalıdır. Günümüzdə su qatılaraq hazırlanan saxta yağlar da var”.

L.Zülfüqarlı orijinal kərə yağını digər saxta yağlardan ayırmağın yollarının da göstərib:

“Orijinal kərə yağının yağlılıq dərəcəsi 82,5 faizdən aşağı olmamalıdır. Əsl kərə yağı saman sarılığında olmalıdır”.

Tarix
2017.10.21 / 01:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla