Yuxarı

İki həkimin “burun əməliyyatı”: pasient şikəst oldu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad İstehlakçılar İctimai Birliyi özəl klinikalardakı vəziyyəti insanların, dövlətin və qanunlarının xeyrinə dəyişmək üçün tədbirlər həyata keçirəcək. İB sədri Eyyub Hüseynov iki klinikada dəfələrlə burun əməliyyatı keçirib, iybilmə qabiliyyətini itirmiş, nəfəs almaqda çətinlik çəkən və burnunun çürüməsi təhlükəsi ilə üzləşən pasiyentin hüquqlarını təmənnasız qoruyacaq.

Bu barədə Axar.az-a açıqlama verən E.Hüseynov bildirib ki, paytaxt Bakıda yerləşən "Medical Plaza" və "Baku City Hospital" klinikalarında burun əməliyyati etdirən qadın pis vəziyyətə düşüb.

E.Hüseynov bildirib ki, 5 il öncə, 2012-ci ildə “Medical Plaza” Tibb Mərkəzində türkiyəli həkim Lütfi Barlas Aydoğan tərəfindən burnundan estetik və çəpər əyriliyi səbəbi ilə əməliyyat olunan Lalə Həsənova adlı xanım əməliyyatdan sonra burnunun əyri olduğunu görüb. Bu səbəbdən həkim ona burnundakı əyriliyi aradan qaldırmaq üçün masajlar yazıb və pasiyent masaj da daxil olmaqla, klinikaya 1477 manat pul ödəyib. Pasiyentin burnunu əyri əməliyyat edən həkim hazırda “Grand Hospital”da çalışır.

Pasiyent bir il sonra daha 150 manat pul ödəyərək eyni həkimə yenidən burnunu əməliyyat etdirib. Bu əməliyyatdan sonra isə pasiyent iybilmə qabiliyyətini itirib və üstəlik nəfəs almasında da problem yaranıb.

Nəfəs alması çtinləşdiyi və iybilmə qabiliyyəti itdiyi üçün pasiyent 3 il sonra 3-cü dəfə əməliyyata girmək məcburiyyətində qalıb və bu dəfə “Baki City Hospital”a müraciət edib. Üçüncü burun əməliyyatını xəstəxananın lor-cərrahı Cavid İsmayılov öhdəsinə götürüb. Həkim əməliyyat üçün analizlə birlikdə L.Həsənovadan 2300 manat tələb edib. Həkim bildirib ki, pasiyentin sinəsinin altından qığırdaq götürülərək burnuna əlavə ediləcək. Bu səbəbdən də əməliyyatın pulu bir qədər baha olub. Lakin həkim sonradan fikrini dəyişərək buruna qığırdaq əlavə etməkdən vaz keçib. Ancaq pasiyentdən bunun üçün alınmış pulu geri qaytarmayıb.

3-cü dəfə burnu əmliyyat edilən xanım bu dəfə də əməliyyatın nəticəsini bəyənməyib. Təkrar əməliyyat istəsə də, həkim bildirib ki, dəri hassaslaşdığı üçün çürümə baş verə bilər.

Lakin pasiyentin başına gələnlər təkcə bununla kifayətlənməyib. Belə ki, burunda şiş çəkildikdən sonra pasiyent burnunun ucunda sap qaldığını görüb. Həkimə müraciət etsə də, həkim onu qayçı ilə kəsməklə işini yekunlaşdırıb. Lakin sapın kökü içəridə qalıb. Bunun üçün həkim əlavə dərman yazsa da, heç bir köməyi olmayıb. Bu azmış kimi, həkimin səhvi ucbatından qalmış sapın əməliyyatla çıxarılması üçün xəstədən 100 manat əlavə pul tələb edilib.

Hazırda pasiyent hüquqlarının bərpasını və ona dəymiş mənəvi zərərin ödənilməsini, bütün əməliyyatlara çıxan ümumi 3927 manat pulunun qaytarılmasını istəyir.

Qeyd edək ki, pasiyentə klinikalarda keçirdiyi əməliyyatlar üçün ödədiyi məbləğin qəbzi verilməyib, onunla heç bir müqavilə bağlanmayıb, nəticənin necə olacağı ilə bağlı heç bir sənəd imzalanmayıb.

Tarix
2017.10.23 / 14:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla